UEFA Çempionlar Liqasının “Benfika” - “Qarabağ” matçından (2:3) sonra Ağdam klununun yarımmüdafiəçisi Leandro Andtade yenidəm gündəmə gəlib.
QOL.az xəbər verir ki, kabo-verdeli 25 yaşlı oyunçu hələ oyundan bir neçə gün əvvəl Portuqaliya mediasına müsahibəsində “Benfika”ya qol vuracağını söyləmişdi. Və Leandro sözünü tutdu.
O, “O Jogo” nəşrinə verdiyi və matçdan bir gün əvvəl QOL.az saytında da yayımlanan müsahibədə qol vuracağı haqda bu sözləri demişdi:
“Benfika" ilə oyunda qol vuracağımı hiss edirəm. Həmişə bu düşüncəni beynimdə canlandırıram - mən qol vururam və biz qalib gəlirik. Şənbə günü bu barədə komanda yoldaşım Kevin Medina ilə danışdım. Nə vaxt qol vuracağımı hiss edirəmsə, ona deyirəm və sonra vururam. İndi də elə bir hissim var".
Atası Portuqaliyadan olan 25 yaşlı futbolçu onu da qeyd etmişdi ki, onu çox emosional bir oyun gözləyir: “Çempionlar Liqasında oynamaq çox xüsusi bir andır, bir arzunun gerçəkləşməsidir. Uşaq vaxtı gecələri yuxusuz buraxan bir xəyaldır, çox az adamın çatdığı bir yerdir. Və üstəlik, bu oyun "Luz"da ("Estádio da Luz") keçiriləcək. Çox emosional olacaq, necə reaksiya verəcəyimi bilmirəm”.
Azərbaycanlı futbolçudan Avroliqada möhtəşəm qol! - Video
“Qarabağ”ın pley-offdakı rəqibi dəqiqləşdi
Qurban müəllim onu sərgi eksponatına çevirib!
Mahir Emrelinin komandası da mərhələ adladı
Ayrılan kimi "Fənərbaxça"ya rəqib oldu
Ronaldo saçını narıncı rəngə boyadı - Şəkil
“Qarabağ” qalib gəlib “pley-off”a yüksəldi!
"Lester" klubu satışa çıxarıldı
Haaland 4 rekordla "Ginnesin Rekordlar Kitabı"nda
Açıqlamasına görə azarkeşlərdən üzr istədi
“Sumqayıt” onu komandada saxladı
"Bizi ciddi oynamağa məcbur etdilər"
Qurban Qurbanov Koxalskini ehtiyata göndərdi
“Qarabağ” “Dinamo”ya qarşı bu heyətlə çıxır
La Liqa matçı təxirə salındı
“APL Fantasy”də qeydiyyatdan keçənlərin sayı 10 mini ötdü!
Azərbaycan 1-ci Liqasında yeni mövsümün - Tam təqvimi
"İnter"in futbolçusu "Latsio"da
"Kəpəz"də yeni müqavilə
"Fənərbaxça"nın futbolçusu Braziliya klubuna keçir
İspaniya Superkubokunun oyunları İstanbulda
Daha bir ölkə İnfantinoya dəstəyini geri çəkdi
"Şəfa"nın 19-cu transferi fransalı oldu
Doku daha 5 il "Mançester Siti"də
La Liqada çipli toplardan istifadə olunacaq