Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" ilk oyuna çıxacaq. Avropanın birnömrəli klub turnirində rəqib Macarıstan çempionu "Ferensvaroş"dur. İlk oyun avqustun 19-da Budapeştdə, cavab qarşılaşması avqustun 27-də Bakıda olacaq.
Məlum olduğu kimi, "Qarabağ" “Ferensvaroş”la artıq bir dəfə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəlib. 2022-ci ildə Qurban Qurbanovun komandası evdə 1:1 hesabı ilə heç-heçə etdiyi "yaşıl qartallara" Macarıstanda 3:1 hesabı ilə qalib gələrək pley-off-a yüksəlib.
Növbəti duelə hər iki komandanın ciddi hazırlaşdığı şübhə doğurmur. Çünki hər iki komanda PSJ, "Barselona", "Real", "Liverpul", "Bavariya" kimi nəhəng adların yer aldığı, böyük gəlirlərin olacağı Çempionlar Liqasının Liqa mərhələsinə can atır.

QOL.az xəbər verir ki, bu matç üçün diqqət mərkəzində düşən bir futbolçu da var. Söhbət "Qarabağ"ın liderlərindən olan Kadi Borgesdən gedir. 29 yaşlı braziliyalı bu ilin fevralında əvvəl çıxış edib parladığı "Qarabağ"a məhz "Ferenvaroş"dan gəlmişdi. Özü də gözlənilmədən və sonradan öz müsahibəsində də sezdirdiyinə görə, incik formada...
Niyə gözlənilmədən? O səbəbdən ki, Kadinin 2024-cü ilin iyulunda "Krasnodar"dan transfer olunduğu "Ferensvaroş" karyerası çox qısa çəkmişdi: cəmi 7 ay. O, Budapeşt komandasında 27 oyun keçirmiş, 3 qol vurmuş və 7 qolun ötürməsini etmişdi. Amma hər şeyin heç də pis getmədiyi bir dövrdə "Ferensvaroş" rəhbərliyi Kadini qəflətən göndərmək qərarı verir. Bəzi məlumatlara görə, bu qərarın verilməsində komandanın baş məşqçisi Robbi Kinnin futbolçudan razı qalmaması da rol oynayıb. Oyunundan, yoxsa xarakterindən? Bu, media üçün bəlli deyil.

Kadinin "Qarabağ"a ikinci gəlişi
Beləliklə, fevralda "Qarabağ"la "Ferensvaroş" cəmi 2-3 gün ərzində təcili transfer mübadiləsi həyata keçirir: "Qarabağ"lı Julio Romao "Ferensvaroş"a, "Ferensvaroş"lu Kadi isə "Qarabağ"a transfer olunur. Bizdə olan məlumata əsasən, buna görə tərəflər hər hansı pul ödəməyiblər.

Julio Romao "Qarabağ"dan "Ferensvaroş"a keçir
Və Kadi "Ferensvaroş"dan ayrıldıqdan sonra Macarıstan mətbuatına müsahibəsində klub rəhbərliyinin bu qərarı qəfil verdiyini, bundan əvvəlcədən nə özünün, nə də menecerinin xəbəri olduğunu deyir.
O, m4sport.hu saytına bildirir: "Bu, mənim üçün də sürpriz oldu. Mən komandamızın oyununa hazırlaşırdım ki, idman direktorumuz Tamas Hajnal zəng etdi, dəyişdirilmək istəyib-istəmədiyimi ("Ferensvaroş"a keçən Julio Romao ilə - red.) soruşdu. Dedim ki, əgər bu, klub və mənim üçün ən yaxşı olacaqsa, onda razıyam. Əvvəlcə elə düşündüm ki, o, mənimlə danışıqlar aparacaq, lakin tezliklə başa düşdüm ki, məsələ artıq son mərhələdədir. Mən agentimə zəng etdim, o da heç nə bilmirdi. Bir-birimizə suallar verdik, heç olmasa, bunu izah edə biləcək bir şey tapmağa çalışdıq. Biz hələ də bunun səbəblərini başa düşmürük. Bu, klubun qərarı idi".
Kadi "Ferenvaroş"dan ayrılmaq istəmədiyini də deyir: "Mən heç vaxt dəyişdirilməyi istəməmişdim. Ötən yayda gəldiyimdən mənim uzunmüddətli müqaviləm vardı, ayrılmaq üçün heç bir səbəbim yox idi. Bu danışıqlar klublar arasında və onların qərarı olub.
Klubdan getməklə bağlı mənə heç nə demədilər. Düşünürəm ki, onlar məni daha klubda görmək istəmirdilər və ona görə də məsələyə belə yanaşdılar".
Həmin müsahibədə Kadi klundan narazılığını da hiss etdirmişdi: " Dediyim kimi, mən getməyi xahiş etmədim, "Fradi" ("Feresvaroş" - red.) bunu istədi. Düşünürəm ki, komanda yoldaşlarımla mən artıq bir-birimizi çox yaxşı başa düşürdük. Hər bir idmançıya uyğunlaşmaq üçün vaxt lazımdır. Heç nəyə peşman deyiləm. Əlimdən gələni etmişəm. Əgər bu, klub üçün kifayət deyilsə, problem yoxdur".
Kadinin sabahkı matçda start heyətdə olacağı gözlənilir. Onun kohnə komandasına qarşı hansı istəklə oynayacağı, "Ferensvaroş"a qarşı hər hansı prinsipinin olub-olmadığını biz əvvəlcə "Ferens Puşkaş", sonra isə "Tofiq Bəhramov"da görəcəyik...
ELNUR,
QOL.az
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət
"Araz-Naxçıvan" Çempionlar Liqası ilə vidalaşdı
“Qalatasaray”dan darmadağın
"Turan Tovuz" "Sabah"ı belə məğlub etdi - Video
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı