“Qarabağ”ın UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki bütün mümkün rəqibləri bəlli olub. Eləcə də Azərbaycan çempionunun 3-cü mərhələnin püşkatmasında hansı səbətdə yer alacağı da müəyyənləşib.
Artıq xəbər verdiyimiz kimi, yüksək reytinqinə görə “Qarabağ” 1-ci mərhələdən azad edilib və mübarizəyə birbaşa 2-ci mərhələdən başlayacaq.
QOL.az haqqın.az saytına istinadən xəbər verir ki, burada Azərbaycan çempionu “səpələnmişlər” səbətində yer alacaq. Yəni nisbətən zəif komanda ilə qarşılaşacaq.
“Qarabağ”ın mümkün rəqibləri isə bu komandalardır:
“Pafos” (Kipr)
“Riyeka” (Xorvatiya)
Həmçinin 1-ci təsnifat mərhələsində qarşılaşacaq cütlüklərin qaliblərindən biri. Bu cütlüklərə aşağıda adları qeyd edilən komandalar daxildir:
“Jalgiris” (Litva)
RFS (Latviya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Linkoln Red İmps” (Cəbəllüttariq)
KUPS (Finlandiya)
TNS (Uels)
“Drita” (Kosovo)
“Breydablik” (İslandiya)
“Linfild” (Şimali İrlandiya)
“Buduçnost” (Monteneqro)
2-ci mərhələnin püşkatması 18 iyun tarixində keçiriləcək. Bu mərhələnin oyunları 22/23 və 29/30 iyulda baş tutacaq. 3-cü mərhələnin püşkatması isə 21 iyulda keçiriləcək. Yəni 2-ci mərhələnin oyunlarından əvvəl. Burada “Qarabağ” çətinliklə də olsa, “səpələnmişlər” səbətinə düşə bilib. Buna görə isə Xorvatiyanın “Riyeka” klubuna təşəkkür düşür. Dünən onlar ölkə çempionu olub və Zagreb “Dinamo” klubunu geridə qoyub.
“Riyeka”nın reytinqinin aşağı olması səbəbindən “Qarabağ” “Kopenhagen” (Danimarka), “Srvena Zvezda” (Serbiya), “Ferensvaroş” (Macarıstan), Təl-Əviv “Makkabi”si (İsrail) və “Slovan” (Slovakiya) klubları ilə birlikdə “səpələnmişlər” səbətində olacaq.
Hazırda onların potensial rəqibləri arasında 2-ci mərhələnin cütlüklərində mübarizə aparacaq bu komandaların qalibləri ola bilər: Kiyev “Dinamo”su (Ukrayna), Polşanın “Lex” klubu, Bolqarıstanın “Ludoqorets”, Rumıniyanın FCSB, Sloveniyanın “Olimpiya” və İsveçin “Malmö” klubu. Lakin Bolqarıstan, Rumıniya, Sloveniya və İsveç çempionları əvvəlcə 1-ci təsnifat mərhələsini keçməlidirlər.
3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində baş tutacaq. Pley-off mərhələsinin püşkatması 4 avqustda keçiriləcək.
“Qarabağ”pley-off mərhələsinə yüksəlsə, “səpələnməmişlər” səbətində olacaq. Onun mümkün rəqiblər arasında Norveçin “Bude-Qlimt”, Şotlandiyanın “Seltik”, həmçinin “Kopenhagen” (Danimarka), “Srvena Zvezda” (Serbiya) və “Ferentsvaroş” (Macarıstan) komandaları olacaq.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi