"Qarabağ"la futbolçusu Yassin Benzia arasında danışıqlar davam edir. Əlcəzairli futbolçunun müqaviləsi bu yay başa çatır.
QOL.az-ın əldə etdiyi xəbərə görə, 30 yaşlı futbolçu mətbuata açıqlamalarında Ağdam komandasında xoşbəxt olduğunu söyləsə də, klubda qalması üçün maaşının arıtırlmasını istəyir. Saytımıza daxil olan xəbərə görə, Benzianın tələb etdiyi məbləği klub yüksək hesab etdiyindən bugünə kimi müqavilənin uzadılması ilə bağlı razılıq əldə olunmayıb. Bir sözlə, hazırda "Qarabağ"la futbolçunun agenti arasında bazarlıq gedir.
İndiyə olan məlumat bundan ibarətdir ki, Benzianın "Qarabağ"da qalmaq ehtimalı 50 faizdir.
Əlcəzairli oyunçunun hazırda Ağdam klubunda bir mövsümlük qazancının 700 min manata yaxın olduğu iddia edilir. Klub özü futbolçunun maaşını mediaya açıqlamır.
Qeyd edək ki, Benziaya Səudiyyə Ərəbistanının yüksək liqasından təkliflər olduğu bildirilir.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”