"Səbail"in baş məşqçisi Elvin Məmmədov Misli Premyer Liqasının 31-ci turunda "Sabah"a 2:3 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:
- Oyuna tam ciddi hazırlaşmışdıq. Bizi nəyin gözlədiyini yaxşı bilirdik. Futbolçular çox yaxşı mübarizə apardı. Matçın sonlarında bir az yorğunluq oldu. Rəqibin də təzyiqi var idi, üstümüzə daha çox gəlirdilər. Layiqincə mübarizə apardıq. Yaxşı futbol oynadıq. Bu gün bizə nəsib deyilsə, demək ki, qarşıdakı matçlara baxmaq lazımdır.
- Hesabda iki dəfə önə çıxsanız, sonda uduzdunuz. Nə çatmadı ki, xal qazanasınız?
- Burada "Sabah"ı qeyd etmək lazımdır. Bu klubun futbolçuları fərdi olaraq keyfiyyətlidirlər. Onlar üstümüzə bir az da çox gəlməyə başladı. Həm konsentrasiya, həm də fiziki güc çatmadı. Ən vacibi də konsentrasiyanın itməsi idi. (sportal.az)
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”