“Qarabağ”ın hücumçusu Musa Qurbanlının QOL.az saytına müsahibəsi
- Misli Premyer Liqasının 30-cu turunda “Səbail”ə 4:1 hesabı ilə gəldiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- 4 qol vurub qalib gəldik. Buna görə də sevincliyik. Məqsədimiz qələbə qazanmaq idi. Bilirdik ki, asan oyun olmayacaq. Çünki autsayder olsa da, “Səbail” zəif rəqib deyil.
- Demək olar ki, erkən qollar işinizi daha da asanlaşdırdı?
- Əlbəttə. Erkən qolların vurulması komanda üçün yaxşıdır. İstər-istəməz belədə daha da rahat oynayırsan. Bu, komandaya özünəinam verir. Amma diqqəti də əldən vermək olmaz.
- Növbəti turda “Neftçi” ilə üz-üzə gələcəksiniz. Həmin matçdan gözləntiləriniz?
- Oyuna ciddi hazırlaşırıq. Məqsədimiz qələbə qazanmaqdır. Bizim üçün vacib qarşılaşmadır. “Neftçi” ilə oyunun motivasiyası daha yüksək olur. Əlimizdən gələni edəcəyik ki, növbəti 3 xalımızı qazanaq.
- “Qarabağ” “Neftçi”yə qalib gəlsə və “Zirə” də “Sumqayıt”la matçda xal itirsə, sona 5 tur qalmış çempionluğu rəsmiləşdirəcəksiniz. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmır ki?
- Məlum məsələdir ki, məqsədimiz çempionluqdur. Hər oyuna qalib gəlmək üçün çıxırıq. O cümlədən də “Neftçi” ilə matça. Digər görüşlərin nəticələri barədə çox da düşünmürük. Əsas öz oyunumuzdur.
- Erkən çempionluq baş tutduqdan sonra növbəti turlara necə motivasiya olacaqsınız?
- Bəli, ola bilər bu məqam hardasa komandaya bir qədər təsir göstərsin. Lakin arxayınlaşmaq olmaz. Maksimum çalışmalıyıq. Mövsüm bitdikdən sonra avrokuboklar gəlir. Çalışmalıyıq ki, həmin vaxta qədər yaxşı formada olaq. Həm psixoloji, həm də fiziki baxımdan.
- “Neftçi” ilə oyundan sonra kubokun yarımfinal matçı gəlir. İlk görüşdəki məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaq?
- Məqsədimiz geridönüş edib finala adlamaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Təbii ki, heç də asan olmayacaq. “Araz-Naxçıvan”ın güclü olduğunu bilirik.
- Bu gün Azərbaycan çempionatının bombardiləri siyahısında yerli futbolçu yoxdur. Millinin hücumçusu kimi, sizcə, bu, nədən irəli gəlir? Yerli hücumçuların məhsuldarlığının aşağı olmasının səbəbi nədir?
- Çatışmazlıqlar var, mən də hücumçu olaraq bunu anlayıram. Tənqidləri, səslənən fikirləri qəbul edirəm. Məsuliyyət bizim üzərimizdədir. Öz adımdan deyə bilərəm ki, daim dayanmadan çalışıram, üzərimdə işləyirəm. Əlavə məşqlər edirəm. Bir sözlə, çox çalışıram ki, çatışmazlıqları aradan qaldırım. Səbirli olmaq lazımdır. Əzmlə işlədikdə Allah bəhrəsini verir.
- İki il əvvəl çempionatın bombardilərindən biri idiniz. Bugünkü geriləmənizin əsas səbəbi nədir? İsveçdə karyeranızın alınmaması, yoxsa vətənə qayıtdıqdan sonra aldığınız zədənin təsiri?
- Nələrsə alınmayanda bu, çıxışa təsir edir. Qeyd etdiyiniz kimi, iki il əvvəl çempionatın bombardirləri siyahısında idim, 20 yaşım vardı. Kifayət qədər qol vurmuşdum. Bu barədə özlüyümdə də düşünürəm. Fikirləşirəm ki, 2 il əvvəl o qolları vuran da mən idim. Düzdür, dəyişikliklər olub, amma çalışıram ki, motivasiyam dəyişməsin. Əziyyət çəkirəm, bütün gücümlə çalışıram, maksimum əlimdən gələni edirəm ki, daha yaxşı nəticəni verim. Futbolçu karyerasında enişlər-çıxışlar olur, bütün bunları dərk edirəm, çalışıram səbirlə yanaşım və işimi daha ciddi görüm. İnanıram ki, tezliklə əvvəlkindən də yaxşı forma yığacağam.
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan kompensasiya tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu