“Qarabağ”ın futbolçusu Yassin Benzia klubdan maaşının artırılmasını tələb edir. 30 yaşlı futbolçunun klubla müqaviləsi bu yay başa çatır.
QOL.az-a çatan xəbərə görə, Benzia “Qarabağ”da qalmaq istəyir, bir şərtlə ki, yeni müqavilədə onun maaşı artırılsın. Əlcəzairli oyunçunun hazırda Ağdam klubunda bir mövsümlük qazancının 700 min manata yaxın olduğu iddia edilir. Klub özü futbolçunun maaşını açıqlamır.
Tərəflər yeni müqavilə imzalamaq istəyirlər. Klub rəsmiləri bur müddət əvvəl Benzia ilə danışıqlar apardıqlarını bildiriblər. Futbolçu özü də aprelin 11-də azərbaycanlı jurnalistlərə açıqlamasında “Qarabağ”la müqaviləni uzatmaq üçün danışıqlar apardığını təsdiq edib. Amma o, yeni mövsümdə klubda qalıb-qalmayacağı barədə suala qeyri-müəyyən cavab verib.

“İndi dəqiq fikir səsləndirə bilmərəm, hazırda danışıqlar gedir. Təbii ki, “Qarabağ”da olmaqdan məmnunam. Baş məşqçi, klub, bir sözlə, hər şey ürəyimcədir. Lakin danışıqların necə yekunlaşacağını zaman göstərəcək” - deyə futbolçu bildirib.
Benzia “Qarabağ”da qalmağı həm də ona görə istəyir ki, bu komanda Avropa kuboklarının daimi iştirakçısıdır. Və hər bir futbolçu bu yarışların əsas mərhələsində oynamağı və özünü göstərməyi istəyir.
Amma o biri tərəfdən ona gələn cəlbedici təkliflər futbolçunun getmək həvəsini artırır.
Bu arada Əlcəzairin bir neçə media qurumu Yassin Benzianın mövsümün sonunda klubu tərk edəcəyini yazıb.
Onun karyerasında yeni bir mərhələ başlanacağı iddia olunub. Benzianın yeni mövsümdən Səudiyyə Ərəbistanında oynayacağı bildirilib. Bildirilir ki, 30 yaşlı futbolçunu maliyyə imkanları cəlb edir.
Ağdam klubunda uğurlu çıxışından sonra Benzia 2024-cü ilin mart ayında yenidən milliyə çağırılıb. Əlcəzairin “DZfoot” saytının məlumatına görə, məhz millidəki bəzi komanda yoldaşları Benzianı “Qarabağ”dan ayrılaraq Səudiyyə Ərəbistanında oynamağa təşviq edir. Onlar özləri də həmin liqada çıxış edirlər. Sayt yazır ki, Benzia bu futbolçuların söhbətlərindən təsirlənib. Söhbət konkret olaraq Riyad Mahrez (“Əl-Əhli”), Houssem Aouar (Əll-Ittihad”) və Saif Benrahmadan (NEOM SC) gedir.
Qeyd edilir ki, bəzi aparıcı Səudiyyə Ərəbistanı klubları onunla maraqlanır. Onların adları açıqlanmayıb. Lakin qeyd edilir ki, Benzia “Qarabağ”dan ayrılsa, karyerasının ən bahalı müqaviləsinə imza atacaq.
"İnter"dən “Latsio”ya
Mövsümün ilk oyunu - Video
"Başlanğıc üçün vacib qələbə idi" - Kurban Berdıyev
"Komandada böyük potensial gördüm" - Kaxaber Sxadadze
"Səbail" Boluda ilk yoxlama oyununu keçirdi
"Neftçi"nin futbolçusu Tunis klubuna keçdi - Rəsmi
Yeni mövsüm başladı - "Turan Tovuz" qalib gəldi
Azərbaycanda yeni mövsümün ilk qolu belə vuruldu - Video
U-17 Liqa və Gənclər Liqasında yeni mövsümün püşkü atıldı
Stankoviçi Riera əvəzlədi - Rəsmi
"Turan Tovuz" - "Qəbələ": Heyətlər açıqlandı
"Mançester Siti"nin futbolçusu ərəb klubuna keçir
"Araz-Naxçıvan" 2 futbolçu transfer etdi
Trendyol Avropa çempionatının titul sponsorudur
“Milan” Nkunkunu əsas komandadan uzaqlaşdırdı
Təsnifat mərhələsində ən çox qələbəni “Sabah” qazanıb
"Qarabağ"ın "Tvente" ilə oyunlarını onlar idarə edəcəklər
Gürcü futbolçu La Liqa klubuna keçdi
“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub!
Rusiya millisi İranla oynayacaq
“Mançester Yunayted” yeni formasını təqdim etdi - Şəkillər
“Mahirovski tapşırığın yerinə yetirildiyini bildirir!”
“Sabahın Ulduzları": "Zirə" və "Neftçi"dən qələbə
“Fənərbaxça” Fredlə yollarını ayırdı
“Əsas heyətə düşmək üçün çox çalışıram” - Musa Qurbanlı
La Liqanın açılış oyunu təxirə salındı
“Dinamo”nun futbolçusu üzr istədi
"Qarabağ"ı pley-offa aparan qələbə - Video
Zamiq Əliyevin komandası Avroliqada “pley-off”a yüksəldi
“Tvente” “Qarabağ”la oyun ərəfəsi tənqid hədəfində
Konfrans Liqasının son pley-offçuları
Avropa Liqasında gecənin nəticələri
UEFA Avroliqa oyununu təxirə saldı
"İki yeni futbolçuya ehtiyacımız var" - Tahir Gözel