Bu gün Misli Premyer Liqasında 2024/25 mövsümündə sonuncu - 4-cü dövrə start götürüb.
QOL.az xəbər verir ki, çempionatdakı 12 günlük fasilə 28-ci turun bu günə nəzərdə tutulan 1 matçı ilə yekunlaşıb. Lider "Qarabağ" "Turan Tovuz"la qarşılaşıb. Matç ağdamlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ" turnir cədvəlində 67 xalla 1-ci, "Turan Tovuz" isə 43 xalla 4-cüdür.
Bu komandalar arasında 1-ci dövrənin oyununda "Turan Tovuz" 1:0 hesabı ilə qalib gəlib. 2-ci dövrənin matçı heç-heçə ilə bitib. 3-cü dövrənin görüşündə də "Turan Tovuz" üstün olub - 2:1. Beləliklə, "Qarabağ" bu mövsüm "Turan Tovuz" üzərində ilk qələbəsini qazanıb.
28 mart (cümə)
19:35. “Turan Tovuz” – “Qarabağ” - 1:4
Qollar: Kadi Borqes, 16 - pen. (0:1), Aleks Souza, 30 (1:1), Nəriman Axundzadə, 32 (1:2), Kadi Borqes, 84 (1:3), Aleksey Kaşuk, 90+1 (1:4)
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Tovuz şəhər stadionu
29 mart (şənbə)
16:45. “Neftçi” – “Araz-Naxçıvan”
19:00. “Sumqayıt” – “Sabah”
30 mart (bazar)
16:00. “Kəpəz” – “Səbail”
18:00. “Zirə”– “Şamaxı

Bombardirlər:
Leandro Andrade ("Qarabağ") - 11 qol
Cesse Sekidika ("Sabah") - 10 qol
Felipe Santos ("Araz Naxçıvan") - 9 qol
Davit Volkov ("Zirə") - 9 qol
Coy-Lens Mikels ("Sabah") - 8 qol
Salifu Suma ("Zirə") - 8 qol
Nəriman Axundzadə ("Qarabağ") - 8 qol
Qolu avtoqol sayıldı, özü isə zədələndi
Toralın komandası böyük hesabla qalib gəldi
"Real" "Barselona"nın uğurlu seriyasına son qoya bilər
"Sabah" - "Qarabağ" matçından - Video
“Belə hallar dünya futbolunda da olur” - Qurban Qurbanov
Azərbaycan millisi Avstraliyaya məğlub oldu
Acun Ilıcalının klubunun qələbə həsrəti davam edir
"İmişli" "Şamaxı"nı belə məğlub etdi - Video
"Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
Eldəniz və Sənan dünya çempionu oldu
Renat Dadaşovun komandası heç-heçəyə razılaşdı
İnfantino və Venger “Sabah” - “Qarabağ” oyununda - Video
“Məğlubiyyət öz səhvlərimizin nəticəsi oldu” - Azər Bağırov
Fırtına təhlükəsi olsa da, matç keçiriləcək
"Sabah" - "Qarabağ" matçının heyətləri açıqlandı
AFFA prezidenti millinin oyununu izlədi - Şəkillər