"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 finalında "Araz-Naxçıvan"a 0:1 hesabı ilə məğlub olduqları matçı şərh edib.
QOL.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
- Kuboka yarışına uyğun oyun keçdi. Çox qol epizodundan danışa bilmərik. Hər iki komanda mübarizə apardı. Küləkli hava da futbolçulara mane olurdu. Ona görə də baxımlı futbolun şahidi olmadıq. Kubok oyunları bu şəraitdə keçir. Penaltidən qol buraxdıq. Başqa qol epizodu xatırlamıram. Biz də epizodlara girə bilmədik.
- Cavab oyununda şanslar necə olacaq?
- İlk oyundan sonra rəqib öndədir. Biz də udsaydıq, ikinci matçda eyni ssenari olacaqdı. "Araz-Naxçıvan" çox az qol buraxır. Etibarlı müdafiə olunmağı bacarırlar. Ola bilər ki, işimiz əziyyətli olsun. Çalışacağıq ki, evdəki matçda nəticə əldə edib mərhələ adlayaq. Qalib gəlmək istəyirik. Sıx qrafikdə oynayırıq. Cavab matçından sonra Tovuzda oynayacağıq. Çox güc sərf edəcəyik.
- Salifu Sumaya təkliflər var. Komandadan gedəcək?
- Tək Salifuya yox, bir neçə futbolçumuza təkliflər var. Rəsmi də var, rəsmi olmayan, maraqlananlar da. Hansı klubdur, açıqlamayacağam. Amma rəsmi təklif də gəlib. Biz də Salifu ilə söhbət etdik, müqaviləsini artırdıq. Onun və bizim xeyrimizə olan qərar qəbul etdik. Klubumuz hər zaman təklifə açıqdır. Vacib olan odur ki, bizdən gedən oyunçu irəli getsin, inkişaf etsin. Təkliflər futbolun bir hissəsidir. Suma bizimlədir, yenə də ciddi təklif olsa, götür-qoy edərik, həm bizim, həm də onun özü üçün uyğun qərarı verərik. (sportal.az)
“Marafon”dan ilk
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı
“Qarabağ”dan 7 dəfə bahadır, amma nəticələri eynidir!
“Yuventus”da gərginlik: rəhbərlik dəyişiklik tələb edir
PSJ-nin zədəli futbolçularından xəbər var
1/8 finalın bütün cütləri - Azərbaycan kuboku
Azərbaycan kubokunda son 1/8 finalçılar da bilindi
La Liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib - Şəkillər
Əfsanəvi futbolçu Bakıda - Şəkil
İngiltərə Liqa kubokunda 1/4 finalın püşkü atıldı
“Bornmut” nəhəngləri də qapısına yaxın buraxmır
Oyun vaxtı telefona baxmasalar, hədiyyə qazanacaqlar
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
Kompaninin durumu açıqlandı
Vitse-prezident istefa verdi - İnfantinoya görə
Azərbaycan Cüdo Federasiyası Olimpiya hədəfini açıqladı
Misli Premyer Liqasında həftənin hakimləri
"Araz-Naxçıvan"ın məşqçisindən məğlubiyyət açıqlaması
La Liqa klubu yeni baş məşqçisini açıqladı
Azərbaycan millisi Mozambikə qarşı
"Bavariya" "Ayaks"la qarşılaşacaq
"Liverpul" "Çelsi"ni mübarizədən belə kənarlaşdırdı - Video
"Milan" da uduzdu, "Yuventus" da
"Kəpəz" 1/8 finala belə yüksəldi - Video
Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi
"Şəfa"nın 9 qollu qələbəsi - Video