Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil ediblər.
Mərhələnin ən maraqla gözlənilən oyunlarından biri "Mançester Siti" ilə "Real" arasında olacaq. Bu cütü erkən final da adlandırmaq olar.
Pley-off mərhələsinin cütləri
"Brest” (Fransa) – PSJ (Fransa)
"Monako” (Fransa) - “Benfika” (Portuqaliya)
"Sportinq” (Portuqaliya) – Borussiya” (D.Almaniya)
“Brügge” (Belçika) - “Atalanta” (İtaliya)
“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)
“Seltik” (Şotlandiya) - “Bavariya” (Almaniya)
“Yuventus” (İtaliya) – PSV (Niderland)
“Feyenoord” (Niderland) - “Milan” (İtaliya)
ÇL-də pley-offun ilk oyunları 11-12 fevral tarixlərində, cavab görüşləri 18-19 fevralda keçiriləcək.
1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.
Avropa Liqasının ağası
DÇ-2026-nın reklam çarxında yer aldı, azarkeşlər qınadı
Premyer Liqanın ən gənc çempionu oldu
Dembele "Arsenal"a qarşı oynayacaq
Kukurella "Çelsi"dən gedəcək?
"Arsenal" Artetaya yüksək maaş təklif edə bilər
Millinin təlim-məşq toplanışı ləğv edildi
Mourinyo Vinisiusla bağlı nə düşünür?
"Arsenal" çempionluq paradı keçirəcək
Türkiyə kubokunda finalın hakimləri açıqlandı
Son üç mövsümün bombardirləri kimlərdir?