“Qarabağ”ın yarımmüdafiəçisi Julio Romanın QOL.az saytına müsahibəsi
- Premyer Liqada 3-cü dövrənin açılış oyununda “Şamaxı”nı üstələdiniz. 3:2-lik qələbəni necə şərh edərdiniz?
- Çətin oyun alındı. “Şamaxı” bizə qarşı çox yaxşı mübarizə apardı. Oyunumuzda müəyyən qədər çatışmazlıqlar var idi. Bu da düşünürəm ki, normal haldır. Çünki qış fasiləsindən sonra ilk matçımız idi. Müəyyən qədər zamana ehtiyacımız var. Məncə, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəyik.
- Oyundan öncə “Şamaxı”nın sizə bu cür müqavimət göstərəcəyini gözləyirdiniz?
- Bəli, gözləyirdim. Çünki qış fasiləsindən öncə də “Şamaxı” ilə səfər matçımız çətin alınmışdı. Yalnız sonda qələbə qolunu vura bilmişdik. Digər tərəfdən də “Şamaxı” yaxşı komandadır. Bu gün çox gözəl çıxış etdilər.
- Növbəti oyununuz UEFA Avropa Liqasında Rumıniyanın FCSB klubuna qarşıdır. Həmin matçdan gözləntiləriniz nədir?
- Çox çətin oyun olacaq. Onsuz da Avroliqadakı heç bir matç asan keçmir. Qarşıdakı günlərdə həmin görüşə hazırlaşacağıq. İnanıram ki, çətin olsa da, FCSB ilə matçda azarkeşlərimizi sevindirəcəyik.
- Avroliqada pley-off şansınız cüzidir. Bu məqam motivasiyanıza mənfi təsir göstərməyəcək?
- Elədir, növbəti mərhələ şansımız elə də yüksək deyil. Lakin biz çalışacağıq, sona qədər əlimizdən gələni edəcəyik. İlk növbədə öz oyunumuzu düşünməliyik. Qalib gəlmək üçün sona qədər meydanda mübarizə aparacağıq. Şansımız çox olmasa da, hər iki oyunda qələbə qazanmaq istəyirik. Sonra necə olacağını isə zaman göstərəcək.
- Juninyonun “Flamenqo”ya keçidi barədə nə düşünürsünüz?
- Bu keçid “Qarabağ” adına böyük uğurdur. Çünki “Flamenqo” dünyanın ən tanınmış və güclü klublarından biridir. Digər tərəfdən də bütün dünya gördü ki, “Qarabağ”ın necə yaxşı futbolçuları var.
- Lakin yəqin razılaşarsınız ki, meydanda Juninyonun gedişi özünü hiss etdirəcək. Xüsusən də avrokubok oyunlarında...
- Elədir, futbolçu kimi Juninyonun gedişi “Qarabağ” üçün itkidir. Lakin heyətimizdə yaxşı futbolçular var. İnanıram ki, onlar Juninyonun yoxluğunu meydanda hiss etdirməyəcəklər. Həm də bu, futbolun yazılmamış qanunudur.
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı