"Qarabağ"dan "Flamenqo"ya (Braziliya) keçən Juninyo Ağdam klubu ilə vidalaşıb.
QOL.az xəbər verir ki, braziliyalı hücumçu İnstaqram hesabındakı paylaşımında "Qarabağ"a təşəkkür edib. 28 yaşlı forvard "Qarabağ"ın onu yenidən futbola qaytardığını qeyd edib:
"Qarabağ" və Azərbaycan. Sizin haqqınızda nə deyim? Mənim ölmüş xəyallarımı canlandırdıniz. Bura gələndə bütün qəlbimlə sevdiyim insanlardan eşitdim ki, karyeram məhv olub, sizi təmsil etmək üçün bitmişəm və bir də heç vaxt futbolda böyük şanslarım yaranmayacaq. Amma mən həmişə Tanrıya, işimə və ailəmə, mənim üçün ən yaxşısını istəyən insanlara və əsasən də Tanrının mənim həyatımla bağlı planlarına etibar etmişəm.
Tanrı ədalətlidir və heç nə təsadüfi deyil.. Bu böyük klubda çalışan hər bir insana - rəhbərliyə, məşqçilərə, oyunçulara, aşpazlara, heç kimi kənarda qoymadan hər kəsə təşəkkür edirəm. Çünki hər biriniz uğurumun bir hissəsi idiniz və hamınızı ürəyimdə daşıyacağam.
"Qarabağ", yaşatdığın hər an üçün çox sağ ol, hər şans, hər göz yaşı və hər sevinc üçün təşəkkür edirəm. Siz mənim üçün futbol dünyasının qapısını açdınız. Mən sizi və mənə inanan hər kəsi təmsil etmək üçün əlimdən gələni edəcəyəm. Çünki indi məni belə çağırırlar: "Qarabağ"dan, Azərbaycandan gələn Juninyo. Bununla necə fəxr edirəm! Hər şey üçün çox sağ olun! Sizə dünyadakı bütün uğurları arzulayıram".
Qeyd edək ki, 2023-cü ilin yayından "Qarabağ"da çıxış edən braziliyalı forvard bu müddətdə 81 oyunda 42 qol vurub. Juninyo "Flamenqo" ilə 2028-ci ilin sonuna qədər müqavilə imzalayıb.
Mahir Emreli üzr istədi
İspaniya yığmasının düşərgəsini tərk etdi
"Mən qələbə qazanan komandaya gəlməmişəm" - Ayxan Abbasov
Belə olmamalı idi, Ayxan müəllim!
Futbolçular klubu məhkəməyə verə bilər
Azərbaycan millisi evdə Lixtenşteynə qalib gələ bilmədi
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
Messi İspaniyada klub aldı
“Fənərbaxça” üçün şad xəbər
20 ildən sonra yığmadan gedir
AFFA bu klubları cəzalandırdı
“Real” “Barselona” ilə bağlı sənədləri UEFA-ya təqdim etdi
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
İngiltərə millisində növbəti itki
A Seriyasının ən yaxşısı seçildi
Joa Feliks “Barselona”ya qayıtmaq istəyir
“Borussiya”dan Niko Kovaç qərarı
Azərbaycan millisi Kosovoya da uduzdu
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
"Milli qələbə qazanmağa borcludur" - Əfran İsmayılov
Azərbaycan şahmatçılarının dünya reytinqi açıqlandı
“Nyukasl”ın yeni loqosu - Şəkil
"Onun potensialına çox ümidliyik" - Aftandil Hacıyev
Bugünkü oyunları yayımlayacaq kanallar
Anri “Mançester Siti”nin Premyer Liqadan qovulmağını istəyir
Litva millisi Bakıya böyükhesablı qələbə ilə gəlir - Video
Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
7 futbolçu Azərbaycan millisinin heyətindən çıxarıldı