Bu gün Futbolun İnkişaf Fondunun (FİF) vasitəçiliyi ilə "Mingəçevir" futbol klubu və Azerbaijan Sport Talents Academy (ASTA) arasında tərəfdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.
QOL.az-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Fondun icraçı direktoru Tural Piriyev FIF-in vasitəsilə daha bir region futbol klubuna tərəfdaş cəlb olunmasından qürur duyduğunu bildirib və bölgə futboluna dəstəyə görə ASTA rəhbərliyinə təşəkkür edib. İcraçı direktor həmçinin klubun yeni rəhbərliyi ilə birgə hazırlanmış uzunmüddətli inkişaf planı ilə bağlı məlumat verib.
Daha sonra ASTA-nın prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubuna dəstək olmaqla, bölgədə idmanın inkişafına töhfə vermək istədiklərini bildirib va klub ilə bağlı planları barədə məlumat verib. Həmçinin, bu tərəfdaşlığın ərsəyə gəlməsində dəstək olan tərəflərə təşəkkür edib.
Çıxışlardan sonra imzalanma mərasimi keçirilib. Tərəfdaşlıq müqaviləsi "Mingəçevir" FK-nın İdarə Heyətinin sədri Nurlan Əhmədov və ASTA-nın prezidenti Rafael Bunyatov imzalayıblar.
Tədbirin sonunda isə media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, Futbolun İnkişaf Fondunun vasitəsilə daha öncə Premyer Liqada çıxış edən "Turan Tovuz" və Huner Group arasında, I Liqada mübarizə aparan "İmişli" və RDC MMC, həmçinin eyni liqada çıxış edən "Zaqatala" ilə "Music Gallery" arasında baş sponsorluq müqavilələri imzalanıb.
Yuxarı
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq