"Qarabağ"ın hücumçusu Juninyonun Braziliyanın "Flamenqo" klubuna keçidi gerçəkləşmək üzrədir.
QOL.az-ın məlumatına görə, hazırda vətənində olan 28 yaşlı hücumçunun bu gün tibbi müayinədən keçəcəyi, daha sonra Rio təmsilçisi ilə müqavilə imzalayacağı gözlənilir.
İlkin məlumata görə, müqavilə 2028-ci ilin sonuna qədər imzalanacaq.
Transfer üçün qarşı tərəfin Ağdam klubuna 5 milyon avro ödəyəcəyi iddia olunur.
Tərəflərin imzalayacağı bu sənədlə bağlı QOL.az yeni məlumat əldə edib. Etibarlı mənbədən saytımıza daxil olan xəbərə görə, "Flamenqo"nun "Qarabağ"a ödəyəcəyi 5 milyon avronun hamısı heç də Ağdam klubuna çatmayacaq. Bunun səbəbi "Qarabağ"la Juninyonun əvvəlki klubu olan Portuqaliyanın "Şaveş" klubu arasında imzalanan müqavilədir.
Sözügedən müqavilə 2023-cü ilin yayında bağlanıb. Müqaviləyə əsasən, "Qarabağ" Portuqaliya klubuna 600 min avro ödəyərək Juninyonu heyətinə qatıb.
Həmçinin müqavilədə yer alan bir bənddə əsasən, "Şaveş"in Juninyo üzərində müəyyən hüquqi haqqı qalıb. Buna əsasən, "Qarabağ" Juninyonu başqa bir kluba satacağı halda qazanacağı gəlirin 15 faizini Portuqaliya təmsilçisinə ödəməlidir.
Beləliklə, Azərbaycan və Portuqaliya klubları arasında imzalanmış müqaviləyə əsasən, "Qarabağ"ın Juninyonun "Flamenqo"ya transferindən əldə edəcəyi məbləğin 15 faizi "Şaveş"ə çatacaq. Bu isə 750 min avro deməkdir.
Yəni əgər Braziliya mətbuatının iddia etdiyi kimi, "Flamenqo" bu transferlə bağlı "Qarabağ"la 5 milyon avroya razılaşıbsa, "Saveş"ə ödəniləcək məbləğdən sonra Ağdam klubuna 4 milyon 250 min avro çatacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı