"Yaxşı oyun oldu. Bu gün əksər futbolçulara oynamaq şansı verdik. Doğrudur, bəziləri dəqiqə olaraq, az oynadılar. Bu da planlaşdırılmışdı. Abdullah Zubir, Marko Veşoviç və Bəhlul Mustafazadəni nəzərdə tuturam. Onların ikisi xəstə idi, Bəhlul zədədən qayıtmışdı. Bu futbolçuların az oynaması lazım idi. Rəşad Sadıqov da sağ olsun, 3 hissə oynamağımıza razılaşdı və bu cür oyun keçirdik. Yaxşı sonluq oldu. Hər iki komanda üçün faydalı oyun idi".
QOL.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Zirə"yə qarşı keçirdikləri yoxlama oyunundan (4:2) sonra deyib.
O, ümumi olaraq toplanışı belə dəyərləndirib: "Ümumən razı qaldım. Amma istədiklərimin hamısı həyata keçə bilməz. Vaxtımız, məşq sayımız azdır. Qarşıdakı günlərdə futbolçular tam, öz idman formasını yığdıqdan sonra onlardan maksimumu tələb edə biləcəyik".
Q.Qurbanov Juninyonun transferi ilə bağlı son durumu da açıqlayıb: "Rəhbərlikdən də deyirlər ki, sonluğa doğru gedir. Dünən və bu gün rəhbərlikdən heç kimi görməmişik. Ona görə də bir söz deyə bilməyəcəm. Amma bilirəm ki, hər şey tamamlanmağa doğru gedir".
Təcrübəli mütəxəssis son günlərin əsas müzakirə mövzusu olan legioner limiti barədə fikir bildirmək istəməyib: "İcraiyyə Komitəsinin üzvüyəm və ona görə də, hansısa fikir bildirməyim doğru olmazdı. Çünki o qrupda iştirak edirəm. İndi fikir bildirməyim düzgün deyil".
O, AFFA-nın yeni inkişaf strategiyası barədə fikir bildirməyin tez olduğunu söyləyib: "Futbol, idman stabilliyi xoşlayır. Biz birdən-birə 10 mərhələ irəli gedə bilərik, ya da geri düşə bilərik... Amma bununla hər şeyin tamamlandığını deyə bilmərik. Ya da, irəli getdiksə, inkişaf etmişik, bir il sonra geri düşəndə, tam əksini düşünmək doğru olmaz. Hələ ki, strategiya planı da tam formalaşmayıb. Hər şey tam formalaşdıqdan sonra, bəzi lazımi elementləri, bizə uyğun olanları ayrıca götürüb onların ətrafında müzakirə aparılsa, daha doğru olar. Onsuz da, bu hədəflər inkişaf etmək üçün irəli sürülür. Hansı bizim üçün uyğun və uğurlu olacaq, bu gün nəsə deməyim tezdir. Hər şey tamamlandıqdan sonra daha böyük müzakirə mövzusu ola bilər".
"Kəpəz"da ciddi itki
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq