Bu gün Misli Premyer Liqasında 17-ci tura yekun vurulacaq.
QOL.az xəbər verir ki, son oyun günündə keçiriləcək "Qarabağ" - "Sumqayıt" matçı həm də başqa bir əlamətdar hadisə ilə yadda qalacaq.
Hazırda "Sumqayıt"ın baş məşqçisi olan Vaqif Cavadov uzun müddət futbolçu kimi "Qarabağ"da da çıxış edib. Beləliklə, bu, Cavadovun məşqçi kimi sabiq komandası və keçmiş məşqçisi Qurban Qurbanova qarşı ilk oyunu olacaq.
Onu da qeyd etmək yerinə düşər ki, təcrübəli Qurban Qurbanovdan fərqli olaraq, V.Cavadov məşqçilikdə yenidir. O, "Sumqayıt"ın əsas komandasına bu ilin oktyabrında müvəqqəti baş məşqçi təyin edilib.
35 yaşlı mütəxəssis rəhbərliyi altında "Sumqayıt" bütün turnirlərdə cəmi 8 oyunda meydana çıxıb. Lakin bir gənc məşqçi üçün müsbət haldır ki, o, bu matçlardan 5-də qələbə qazanıb (4-ü Premyer Liqada, 1-i ölkə kubokunda).
Xatırladaq ki, Cavadov 2007-2010-cu illərdə və 2013-14-cü illərdə "Qarabağ"da çıxış edib. O, Qurban Qurbanovun Ağdam klubuna gəlişindən sonra öz oyununu daha da inkişaf etdirərək 2010-cu ilin qışında Niderlandın "Tvente" klubuna transfer olunmuşdu.
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər