Bu gün Misli Premyer Liqasında 16-cı tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib.
"Turan Tovuz" öz meydanında "Şamaxı" ilə qarşılaşıb. Bu görüşə qədər "Turan Tovuz" ardıcıl 4, "Şamaxı" isə 8 oyun idi ki, qələbə qazana bilmirdi. Bugünkü matç isə gərgin və qarşılıqlı qollar şəraitində keçib. "Şamaxı" oyun ərzində iki dəfə hesabda irəli çıxsa da, sonda "Turan Tovuz" qalib gəlib - 3:2.
Bu komandalar arasında 1-ci dövrədə keçirilən oyun 2:2 hesabı ilə başa çatıb.
9 dekabr
Misli Premyer Liqası, 16-cı tur
19:00. “Turan Tovuz”– “Şamaxı” - 3:2
Qol: Belajdi Pusi, 12 (0:1), Roderik Miller, 21 (1:1), Edqar Adilxanov, 39 (1:2), Alexandro Serrano, 60 (2:2), Roderik Miller, 90+4 (3:2)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Asiman Əzizli, Rauf Allahverdiyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Tovuz şəhər stadionu
7 dekabr
“Səbail” - “Araz-Naxçıvan” - 0:2
“Sabah” - “Qarabağ” - 1:1
8 dekabr (bazar)
“Sumqayıt” – “Neftçi” - 2:0
“Kəpəz” – “Zirə” - 0:4
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Araz-Naxçıvan | 16 | 12 | 3 | 1 | 21-10 | 39 |
| 2 | Qarabağ | 15 | 12 | 2 | 1 | 39-7 | 38 |
| 3 | Turan Tovuz | 16 | 8 | 6 | 2 | 23-14 | 30 |
| 4 | Zirə | 16 | 8 | 2 | 6 | 27-16 | 26 |
| 5 | Sabah | 16 | 5 | 8 | 3 | 25-21 | 23 |
| 6 | Sumqayıt | 16 | 6 | 1 | 9 | 15-21 | 19 |
| 7 | Şamaxı | 15 | 3 | 4 | 8 | 13-21 | 13 |
| 8 | Neftçi | 16 | 2 | 7 | 7 | 13-25 | 13 |
| 9 | Kəpəz | 16 | 3 | 1 | 12 | 11-39 | 10 |
| 10 | Səbail | 16 | 2 | 2 | 12 | 16-29 | 8 |
Bombardirlər:
Felipe Santos ("Araz-Naxçıvan") - 8 qol
Coy Lens Mikels ("Sabah") - 7 qol
Davit Volkov ("Zirə") - 7 qol
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı