Azərbaycan millisinin hücumçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" klubunun rəsmi televiziyasına müsahibə verib.
QOL.az müsahibəni kiçik ixtisarla təqdim edir.
- Bu gün məşqdə əhval-ruhiyyə necə idi?
- Bu gün oyun kimi sərin idi, yoqa masajı və velosiped sürmək kimi əsas işləri görürük. Saunaya gedirik. Cümə günü keçiriləcək oyuna hazır olmağa çalışırıq.
- Son oyunun ("Düsseldorf"la matç (2:2) nəzərdə tutulur - red.) nəticəsindən nə qədər məyussunuz?
- Son dəqiqə qolları ilə üzülmək təbii ki, pisdir. Ardıcıl iki oyunda belə oldu. Əslində biz bu oyunlarda daha yaxşı oynayırdıq. Deməli, daha çox işləməli və yaxşı nəticələr qazanmalıyıq. Oyuna hakim olmaq gözəldir. Amma nəticəyə də diqqət yetirməliyik. Ümid edirəm ki, növbəti oyunlarda yaxşı nəticələr qazanacağıq.
- Növbəti turda səfərdə "Elversberq"lə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz? Fərqli atmosferdə oynayacaqsınız.
- Bizim liqamızda evdə oynayan komandalar daha çox hücumda olurlar. Çünki azarkeşlər yaxşı dəstək verir. Bizim azarkeşlər səfərdə də bizi tək qoymurlar. Tərəfdarlarımız hara getməyimizdən asılı olmayaraq, bizə dəstək olur, şou göstərirlər. Bəzən özümüzü səfərdəki kimi hiss etmirik. Əlbəttə ki, rəqibi təhlil edəcəyik, amma indi onlar haqqında çox şey deyə bilmərəm. Ümid edirəm ki, rəqibi tam öyrənəcəyik və cümə gününə qədər hazır olacağıq.
- Klubun sosial şəbəkə hesablarında azərbaycanlıların çoxluq təşkil etməsinə münasibətin necədir?
- Burada pis şey görmürəm. Almaniyada ölkəmizi təmsil edirik. Buna görə hər atdığımız addım önəmlidir. Həmişə ölkədən kənarda oynamaq, dünyaya bizim futbolçuları göstərmək, oyunçularımız üçün qapı açmaq arzum idi. Düşünürəm ki, ölkəmdəkilərin də mənə böyük ümidləri var. Onları məyus etməmək üçün əlimdən gələni etməyə çalışıram.
- Normalda bizim müsahibədə ilk sual komanda yoldaşlarından olur, amma bu gün səhnə anana verildi. O, bilmək istəyir Almaniyada 5-ci qolu nə vaxt vuracaqsan?
- (Gülür) Mən anamla həmişə bu barədə söhbət edirəm. Amma deyəsən o, indi bunu mənim dilimdən rəsmi olaraq eşitmək istəyir. Mən nəticələr və 3 xalla daha çox maraqlanıram. Bu, ən vacib şeydir, amma əgər anam bunu gözləsə, ümid edirəm ki, 5-ci və 6-cı qol olacaq. Mənim ölkəmdə bunu etməlisən, əks halda evdə problemlərin olacaq. Buna görə ümid edirəm ki, hər şeyi edə bilərəm.
- Qol sevinci zamanı komanda yoldaşın Stefanos Tsimasla birlikdə Kriştiano Ronaldonun hərəkətini təkrarladın...
- Ronaldo ən böyük oyunçulardan biridir. Amma mən onun fanatı deyiləm. Stefanos onun azarkeşidir.
"İmişli"dən "Şəfa"ya
Haalanddan yeni rekord
FİFA futbolçu müqavilələri ilə bağlı qaydaları dəyişir
"Qarabağ" güclü komandadır, amma qələbə qazana bilərdik"
126 illik antirekordu təkrarladılar
Murad Məmmədovun komandasından qələbə
Derbinin qalibi “Mançester Siti” oldu
"Hər iki komanda 1 xala layiq idi" - Qurban Qurbanov
Futbolçuya hücum edildi, oyun yarımçıq dayandırıldı
Premyer Liqada 100-ə çatdı
“Araz-Naxçıvan” - “Turan Tovuz” matçından - Video
“VAR-a gedəndə başqa qərar gözləyirdim” - Kurban Berdiyev
La Liqa klubu baş məşqçisini göndərdi
“Bir səhvə yol versəniz, ehtiyatda qala bilərsiniz”
"Zirə" - "Qarabağ": Heyətlər
Qol sevincinə görə üzr istədi
"Borussiya" baş məşqçisi ilə yolları ayırdı
"Araz-Naxçıvan" - "Turan Tovuz": Heyətlər açıqlandı
Ronaldodan azarkeşlərin çirkin təxribatına sərt reaksiya
Artetadan hakim qərarına sərt etiraz
Brozoviç Qətər klubuna keçir
"Sabahın ulduzları": 11-ci tur başladı
Bu gün Mançesterdə derbi var
Messi qol vurdu, bombardir oldu