İngiltərənin "Aston Villa" klubu Çempionlar Liqasında uğurlu çıxışını davam etdirir.
QOL.az xəbər verir ki, Birmingem təmsilçisi ÇL-in 3-cü turunda da qələbə qazanıb. Onlar evdə İtaliyanın "Bolonya" komandasına qalib gəliblər.
Qolları Makqinn (55-ci dəq.) və Duran (64) vurublar.
Bu, "Aston Villa"nin cari mövsüm ÇL-də 3 oyundan 3-cü qələbəsi olub. Bu nəticə ilə ingilislər 9 xalla turnir cədvəlində liderliyə yüksəliblər.

Maraqlıdır ki, 3 oyundan rəqib qapılarına 6 dəfə yol tapan Unai Emerinin komandası öz qapısından 1 qol belə buraxmayıb.
"Aston Villa" ÇL-də öncəki 2 oyundan səfərdə "Yanq Boyz"a 3:0, evdə isə "Bavariya"ya 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, "Aston Villa" hazırda İngiltərə Premyer Liqasında isə 8 oyundan 17 xalla 4-cü yeri tutur.
“Yuventus” cərimələndi
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər