Azərbaycan əsas milli komandası Millətlər Liqasının 4 oyunun hamısında məğlub olub. Bu uğursuzluğu federasiyanın qüsurlu idarəetməsi, yalnız baş məşqçi təyinatı, futbolçuların məsuliyyətsizliyi ilə əlaqələndirənlər də var, bir çox oyunçuda vətənpərvərlik hissinin olmaması ilə bağlayanlar da.
Vətənpərvərliklə bağlı fikirlərdə müəyyən həqiqət payı ola bilər. Amma dünən 21 yaşadək millimiz də İngiltərəyə 0:7 hesabı ilə uduzdu. Deməli, nəticə baxımından digər yaş qruplarımızda da vəziyyət ürəkaçan deyil.
Onda belə çıxır ki, milliyə gəlib çatan hər kəsdə vətənpərvərlik hissi ölür? Bəlkə söhbət heç vətənpərvərlikdə də deyil?
Gəlin, futbolun ən inkişaf etmiş məkanı Avropaya baxaq. Ümumiyyətlə, müasir Avropada vətənpərvərlik və millətçilik hissi sıfıra yaxındır. Bizlə müqayisədə isə heç yoxdur. Bu, siyasi və tarixi amillərlə bağlıdır, amma futboldan kənara çıxmayaq.
Aparıcı millilərdən biri olan Fransanın nümunəsinə baxsaq, heyətlərində bir xeyli başqa millətlərin nümayəndələrini görə bilərik. Hazırda ən vacib oyunçulardan olan Killian Mbappe isə bu yaxınlarda Millətlər Liqasının oyunlarında ölkəsini təmsil etməyə getmədi ki, birdən zədə alar, "Real"la oyuna çıxa bilməz. Deməli, şəxsi karyerasını, klubunu millisindən üstün tutdu. Ona görə demək çətindir ki, o, vətənpərvərlik hissi ilə oyunlara çıxır. Amma gəl ki, dünya çempionatının finalında het-trik edir...
Bəs onda bizim problemimiz nədədir?
Məsuliyyətsizlik, vecsizlik, qeyri-peşəkarlıq...
Bu hisslərin olmaması daha çox ziyan vurur futbolumuza.
Nə qədər əcnəbi məşqçi gəlsə də, yüksələn təkcə onların maaşlarıdır. Gəlib burada heç birinin sistemli komanda qurduqlarını görmədik. Aşağı yaş qruplarında uğursuzluq göstərir ki, doğru futbol sistemi heç milliyə cavabdeh olan AFFA-nın özündə də yoxdur.
Deməli, millimizin baş məşqçisi vəzifəsinə elə birisi gəlməlidir ki, əsas komandadan aşağı yaş qruplarına qədər hər şeyi öz əlinə alsın, sistemli iş görsün. Və əgər biz öz azərbaycanlı futbolçularımızın inkişafını istəyiriksə, o, mütləq yerli mütəxəssis olmalıdır. Çünki öz sistemimizi xaricilər yox, ancaq özümüz yarada bilərik.
Bir dəfə belə bir mütəxəssis - Qurban Qurbanov gəldi, o sistemi qurmağa çalışarkən, heç 1 il keçməmiş vəzifəsindən uzaqlaşdırılıb, yerinə əcnəbi gətirildi.
Uzun sözün qısası, problemin kökü çox şeyə bağlıdır. Onda sual yaranır ki, bəs azarkeşlər nə edə bilər? Futbolumuzun bugünündən narahat olanlar vəziyyətin dəyişməsinə az da olsa necə təsir göstərə bilər?
Həm də stadionlara getməklə.

Bu, təkcə millinin oyunlarına yox, klubların da matçlarına aid olmalıdır. Əminəm ki, hazırda tarixinin ən pis dövrünü yaşayan "Neftçi"nin sadiq və fədakar azarkeşləri olmasaydı, klub bundan da pis duruma düşərdi. Onların meydanda və meydandan kənar təzyiqləri qoymadı ki, kluba cavabdeh olan şəxslər rahatlasınlar və "öz bildiklərini" sona qədər yerinə yetirsinlər.
Biz bu təzyiqi bütün fubolumuza şamil etməliyik. Hər Premyer Liqa oyununa, hər millinin oyununa gedərək yaxşı nəticəni dəstəkləməli, pisi tənqid etməliyik. Həm oyunçular təzyiqi və ölkə futbolunun "sahibi" olduğunu hiss edərlər, həm futbola məsuliyyət daşıyan şəxslər. Və bəlkə, bunları davamlı şəkildə etdikdən sonra məcbur yaxşı nəticə verməyə başlayarlar.
Cavad Musayev
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?