Bir qısametrajlı gürcü filmi vardı. Ümumiyyətlə, gürcülərin qısametrajlı filmləri əvəzsiz idi.
Deməli, belə.
Filmdə iki nəfər bir qıza aşiq olur. Biri şkaf boyda, çox güclü, o birisi isə mənim kimi cılız. Şkaf boyda olan mənim kimi cılız olanı harda tutur əzişdirir. Bir dəfə, iki dəfə, üç dəfə, axırda mənim kimi cılız olan yığılır boğaza, məşq edir və sonda şkaf boyda olanı dəli inək balasını çığnayan kimi çığnıyır. Ondan sonra şkaf boyda oğlan mənim kimi cılızı görən kimi qaçır.
Dünən «Qarabağ»la «Çelsi»nin oyununa baxanda həmin gürcü filmi yadıma düşdü. Bir dəfə bizi 6:0 udmuşdular, Bakıda da 4:0, bu dəfə də lovğa-lovğa gəlmişdilər. Bütün dünya fikirləşirdi ki, «Çelsi» «Qarabağ»ı yolacaq.
Amma elə olmadı. Qurban xocanın mənim kimi cılız oğlanları ayğır ata çevrilib şkaf boyda «Çelsi»ni – 1 milyard avrodan çox büdcəsi olan «Çelsi»ni tapdalayıb keçdilər. Elvin Cəfərquliyev dünya ulduzlarını, 100-150 milyon qiyməti olan futbolçuları beş qəpiklik elədi.
Bir gün qabaq PSJ ilə «Bavariya» oynayırdı. O qədər sürətli oyun gedirdi ki, son illər belə futbol görməmişdim. «Qarabağ»la «Çelsi»nin oyunu PSJ ilə «Bavariya»nın oyunundan da sürətli getdi. Əsl futboluydu. «Çelsi» özünü öldürürdü, məşqçiləri də kənarda bağırırdı, bizimkilər isə kasıbın olanından tökmüşdülər ortaya. Qurban xoca da həmişəki təmkini ilə oyunu izləyirdi və uşaqlarına inanırdı.
Qalib də gələ bilərdik, şansımız gətirmədi, olsun.
Dünəndən bütün dünya «Qarabağ»dan, Qurban Qurbanovdan danışır.
Çox həyəcanlıydım, yaxşı ki, xanımım, özü də futbolu ayaq üstə izləyirdi, mənə ürək-dirək verirdi:
- Qorxma, hər şey yaxşı olacaq, hələ fasilədə Qurban Qurbanov uşaqlara elə bir ruh verəcək ki, ikinci hissədə daha gözəl oynayacaqlar.
Mən uduzmaqdan daha çox durub Türkiyədən Bakıya gəlib oyunu şərh edən Ertem Şenerin ürəyinin partlayacağından qorxurdum. Və mənə elə gəldi ki, Ertem Şener «Qarabağ»ı məndən də və elə hamıdan da çox sevir. Ertem Şenerə və Pərvizə təşəkkürümü bildirirəm.
Yaşa, Qurban xoca! Yaşa, «Qarabağ»!
Yazımı Möhtərəm Prezident İlham Əliyevin sözləri ilə bitirirəm:
- Qarabağ – Azərbaycandır, nida!
Aqil Abbas
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons
“Çempionatda ciddi güc fərqi yoxdur” - Filipe Kandido