“Çətin də olsa, vacib qələbə qazandıq. Sumqayıtlı azarkeşlərə təşəkkür etmək istərdim. Onların sayəsində oyun maraqlı keçdi. Stadionda möhtəşəm atmosfer var idi. Qolu mənim, yaxud bir başqasının vurması önəmli deyil. Əsas odur ki, qalib gəldik”.
QOL.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Misli Premyer Liqasının 9-cu turunda səfərdə “Sumqayıt” üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.
O, “Malmö”yə məğlubiyyətdən sonra komandada hər hansı psixoloji gərginlik yaranmadığını bildirib: “Heç bir psixoloji amil yox idi. Komandamızda yetərincə təcrübə var. Belə hallara əvvəllər də düşmüşük, vəziyyətdən çıxmışıq da. Üzərimizdə hər hansı basqı yoxdur”.
24 yaşlı futbolçu Misli Premyer Liqasında bu mövsümü ötən mövsümlə müqayisə edə bilməyəcəyini söyləyib: “Amma çətin oyunlarımız oldu. İlk dövrənin asanlıqla keçdiyini söyləmək olmaz”.
Cəfərquliyev qarşıdakı fasilənin heç də bütün futbolçular üçün faydalı olacağını düşünmür: “Məncə, milliyə getməyən futbolçular üçün bu fasilə xeyirli olacaq. Amma biz millinin düşərgəsinə yollanırıq deyə istirahət edə bilməyəcəyik”.
“Qarabağ”ın üzvü millinin qarşıdakı Estoniya ilə matçında da söz açıb: “Çətin oyun olacaq. Səfərdə çıxış edəcəyik. Bununla belə, əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq”.
E.Cəfərquliyevin fikrincə, oktyabrın 11-də Estoniyada qeydə alınacaq nəticə 3 gün sonra Bakıda Slovakiyaya qarşı keçiriləcək matçın azarkeş marağına təsir göstərə bilər: “Azarkeşlərin marağı millinin performasından asılıdır. Qələbələr qazandıqca azarkeşlər də stadiona daha çox gələcəklər. Məncə də, Estoniya səfərində qələbə qazansaq, Slovakiya ilə matçda azarkeşlər gəlib bizə dəstək olarlar”.
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət