"Zirə"nin Azərbaycan çempionatında ən aparıcı klublardan biri olması, ölkəni avrokuboklarda da təmsil etməsi heç kəsə sirr deyil. Biz onsuz da ehtimal etmişdik ki, oyun çox çətin olacaq. İlk yarıda "Zirə"nin üstünlüyü və qol epizodları olsa belə, onların qarşısını aldıqları üçün uşaqlara təşəkkür edirəm. Üstəlik, rəqibə qol vurmaq imkanı vermədikləri üçün də təşəkkürümü bildirirəm. İkinci hissədə planlı dəyişikliklər etdik. Əvvəlcə oyunu bərabərləşdirdik, müəyyən epizodlarda da onları üstələdik. Əvəzetmələr oyunumuzu gücləndirdi".
QOL.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 9-cu turunda "Zirə"ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
- İkinci hissədə hücumda təzyiqi artırdınız. Əvvəlcədən planlaşdırılmışdı?
- Bəli, dəyişikliklər planlı şəkildə edildi. Üçüncü dəyişikliyi isə bilmədik ki, kimi əvəzləyək. Amma ilk ikisi öncədən düşünülmüşdü.
- Legioner limitinin olması əl-qolunuzu nə dərəcədə bağlayır?
- Xeyr, legioner limitinin tətbiq olunması bizə xüsusi problem yaratmır. Aleks Souza uzun müddət idi ki, zədələnmişdi, oynaya bilmirdi. Fərid Yusifli var, o da meydana çıxanda yaxşı mübarizə aparır.
- Birinci dövrə başa çatdı. Nəticəni qənaətbəxş hesab edirsiniz?
- Qazanılan nəticələrə görə daxili rahatlığımız var, bizi sevindirir. Bu oyun və ondan əvvəlki oyunlar da göstərdi ki, üzərində işləməli olduğumuz çox detallar var. (sportal.az)
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə
“Sabah”la oyundan öncə məğlubiyyət