"Bu gün oyun tam diqqətimizlə keçdi. Sadəcə standart vəziyyətlərdə problemimiz olurdu. Onda da qapıçı və müdafiəçilərimiz etibarlı oynadı. Topa nəzarət edərək qol vəziyyətləri yarada bildik. "Qara zolaq"dan çıxmaq məni sevindirir. Yolumuza davam edəcəyik".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Misli Premyer Liqasının 9-cu turunda doğma meydanda "Şamaxı"nı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb:
- Hakimə çox etiraz edirdiniz...
- Biz emosiyalara qapılmışıq. Demirəm ki, etdiyim hərəkətlərin hamısı düzdür. Futbol emosiyalar oyunudur. Sakit durub oyuna baxsan, alınmayacaq. Heç bir hakimlə intriqam yoxdur. Əliyar Ağayev oyunu normal idarə etdi.
- "Neftçi"nin dünənki məğlubiyyəti komandanızın oyuna köklənməsinə necə təsir etdi?
- Çox təsir etdi. "Kəpəz" qalib gəlməklə xal fərqini 1-ə endirdi. Futbolçularda təzyiq olur. Amma bugünkü qələbə bizi sonuncu yerdən bir az uzaqlaşdırdı. Amma bu, heç nə demək deyil. 3 xallıq çempionatda hər şey ola bilər. "Neftçi" bu situasiyadan çıxacaq. Bu, görünəndir. "Kəpəz"in qələbəsi bizi bir az da ruhlandırdı. Arxamızda nəfəs hiss elədik. Bu, bizim üçün çox böyük motivasiya verdi. (sportal.az)
İkardi "İnter"ə qayıdır?
"Məqsədimiz “Barselona”ya qalib gəlmək deyil"
Rüfət Abdullazadənin komandasından heç-heçə
Güləşçilərimizdən 1 gümüş,1 bürünc medal
Qurban Qurbanov onları cəzalandıracaq? - Video
“Qəbələ” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Qarabağ" və "Zirə" xal itirdi
Şamaxıda vurulan 4 qol - Video
Toral qol ötürməsi verdi, "Bursaspor" qələbə qazandı
“Çelsi” “Mançester Yunayted”i xalsız yola saldı
“Aston Villa” onu məhkəməyə verə bilər
Ronaldodan “Qızıl top”la bağlı növbəti boykot qərarı
"Qəbələ" - "Qarabağ": Heyətlər
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
Harri Keyn: “Hələ də baş verənləri tam dərk etməmişəm”
“Yuventus” Spalettinin əvəzləyicisini tapdı
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
"Kəpəz"da ciddi itki
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş
Portuqaliya milisinin üzvü 3 oyunluq cəzalandırıldı
Bu gün Milan derbisi var
Maykl Ouen unudulduğunu düşünür
Müdafiəçi, yoxsa hücumçu? – Hakimi şousu
“Sabah”a rəqib baş məşqçi qalmaqalın mərkəzində - Video
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
PSJ-dən 5 qollu qələbə