“Əfsuslar olsun ki, böyük hesabla məğlub olduq. Bu komandanın gücünü bilirdik. Matça pis hazırlaşmamışdıq. Sadəcə, 2-ci, 3-cü qolları buraxdıq. Hətta 4-cü qol ola bilərdi. Oyunun sonlarında demək olar ki, böyük riskə getmişdik. Futbolçularım sonadək çəkinmədi. 0:3 hesabı ilə geridə olanda da hücumda oynamağa çalışdılar".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"suna 0:3 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Bəlkə də üçüncü qol artıq oldu. Əgər 3:0 hesabı ilə udublarsa, bunu haqq ediblər. Onları təbrik edirəm. Amma qarşıda cavab görüşü var. İtkilərimiz var və bu, problem yarada bilər. Cavab qarşılaşmasına hazırlaşacağıq. Azarkeşlərimizə yaxşı oyun göstərmək istəyirik. Yaxşı nəticə üçün sonadək meydanda vuruşacağıq. Hər şey cavab oyununa qaldı. Çalışacağıq ki, burdakı bəzi səhvləri Bakıda düzəldək”.
Mütəxəssis komandasının qol epizodlarını dəyərləndirə bilməməsi və futbolçularının eyforiyada ola bilməsinin mümkünlüyü haqda sualı belə cavablandırıb: “Komandada eyforiya olduğuna inanmıram. Çünki futbolçuları psixoloji baxımdan hazırlamışdıq. Eyforiya olsaydı, onlar oyundan tam qopardı. Xeyli sayda qol epizodumuz oldu. Amma rəqibin qapıçısı, müdafiəçiləri yaxşı oyun göstərdilər. Bəzən sonda müdaxilə edirdilər. Futbolda belə hallar olur ki, çox sayda qol epizodundan istifadə edə bilmirsən. Buna görə narahat deyiləm. Əgər bu imkanları yaradırıqsa, deməli, komanda düzgün oyun qura bilir. Bakıda daha rahat olacaqlar. Futbolçuların çoxu ilk dəfə Çempionlar Liqasının pley-offunda oynayırdı. Görüşün ranqı artdıqca həyəcan və məsuliyyət də çoxalır. Ola bilər ki, bu həyəcan son vuruşlarda mane olurdu. Onları qınamıram".
Q.Qurbanov daha sonra vurğulayıb: "Oyuna müdaxilə olunası səbəb yox idi. Bir dəyişiklik etdik. Son 10 dəqiqədə tam açıq futbol getdi. Bizi əks-hücumda daha çox tutdular. Belə görüşlərdə həyəcan mane olur. Amma səbəb axtarmalı deyilik. Düzgün analiz edib Bakıda çatışmayan cəhətləri aradan qaldırmağa çalışmalıyıq”.
Hakim derbidə səhv qərar verib - Komitə təsdiqlədi
“Yuventus” cərimələndi
Azərbaycan cüdoçuları 4-cü dəfə dünya çempionu oldu
FİFA-dan Türkiyə klubuna daha bir cəza
Mbappe yığmanın ilk oyununu buraxa bilər
"Real" La Liqa prezidentini istefa verməyə çağırır?
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
“Kəpəz”in futbolçusu sıradan çıxdı
Dambrauskas bölgələrimizə heyran qaldı - Şəkillər
"Azərbaycandan mənə heç vaxt təklif gəlməyib"
Yığmamızın matçının hakimləri bilindi
“Qarabağ”dan rəsmi fanşopla bağlı yenilik
Yeni klubu ilə müqavilə bağlamaq üçün Bakıya gəldi
"Barselona" rəhbərliyi Flikə qəzəbləndi
Ehtiram Quliyev “Turan Tovuz”dan gedirmi? - Özü açıqladı
"Real" Valverde ilə bağlı məlumat yaydı
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
"Liverpul"dan Virts qərarı
“Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
Almaniya millisinin oyunlarını buraxacaq
Hər uğursuzluqda qaçıb gizlənməyən klub rəhbəri…
"Arsenal"dan ayrılmaq istəyir
Salah şəkil çəkdirdi, ərazi turist mərkəzi oldu - Video
Azərbaycanın iki boksçusu mərhələ adladı - Avropa çempionatı
Əfsanənin vida forması - Video
İngiltərə millisinə getməkdən özü imtina edib?
“Mançester Yunayted”də itki
Atasının yolu ilə
Premyer Liqa klubundan maraqlı addım - Şəkil
Ukraynalı məşqçi Azərbaycana qayıdır - Bu klubla razılaşdı
Cəlal ehtiyatda qaldı, komandası qalib gəldi
“Dinamo”dan əzmkar qələbə - Video
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı