Bu gün Azərbaycan təmsilçisi "Zirə" Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununa çıxıb.
QOL.az xəbər verir ki, paytaxt klubu evdə "Osiyek"i (Xorvatiya) qəbul edib. "Dalğa Arena"da keçiriləcək görüşün əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.
Əlavə vaxtda qol vurulmadığından matçın taleyi penaltilər seriyasında həll olunub. Burada daha dəqiq olan "Zirə" (2:1) tarixində ilk dəfə Konfrans Liqasında pley-offa yüksəlib. "Zirə"nin qapıçısı Tiaqo Silva 4 penaltini dəf etməklə matçın qəhrəmanı olub.
"Zirə" pley-offda "Omoniya" (Kipr) ilə üz-üzə gələcək.
15 avqust, cavab oyunu
20:30. "Zirə" (Azərbaycan) - "Osiyek" (Xorvatiya) - 2:2 (Penaltilər seriyası - 2:1)
Qollar: Vedran Jukoviç, 37 (0:1), Qismət Alıyev, 55-pen. (1:1), Anton Matkovic, 81 (1:2), Davot Volkov, 90 (2:2)
Hakimlər: Yulian Veinberqer, Maksimilian Kolbitş, Andreas Vitşinq, Stefan Ebner (Avstriya)
"Dalğa Arena"
İlk oyun - 1:1
Rafinya zədələndi
"Çelsi"yə "hə" dedi
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur