2024/2025 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, PFL və klublar arasındakı razılaşmaya əsasən qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe”dən yararlanacaqlar.
Alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verən “Fussballiebe”-nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşı və narıncı rənglər təsvir edilib. Həmçinin Almaniyada baş tutacaq yarışda matçların keçiriləcəyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.
Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdir.
Üst təbəqə sabit və iki qatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir CTR-CORE ilə dəstəklənir.
Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilmiş və sınaqdan keçirilmişdir.
Azərbaycan I Liqasında mübarizə aparan klublar “Adidas” şirkətinin təsis etdiyi “Al Rihla” toplarından istifadə edəcəklər. Bu top Dünya Çempionatları tarixində ekoloji cəhətdən təmiz – su əsaslı boya və yapışqanla hazırlanmış ilk futbol topudur.
Topun xüsusiyyətləri:
CRT-CORE – topun maksimal forma və havasaxlama, zərbə anında yayınma olmayan özəlliklərinə malik, həmçinin hərəkətlərin cəld və dəqiq olması üçün sürəti, dəqiqliyi və sabitliyi təmin edən özəyidir.
SPEEDSHELL — makro və mikro teksturalar, həmçinin səthin basmanaxışlı (basılmış, sıxılmış) olması sayəsində topun uçuş trayektoriyasının dəqiqliyini, stabilliyini, həmçinin yayınmaları yaxşılaşdıran astar.
2-ci Liqada çıxış edən klubların istifadəsinə “Adidas” şirkətinin təsis etdiyi digər top olan “Adidas Tiro Pro” veriləcək. Adidas Tiro Pro futbol topu ən yüksək FIFA reytinqli ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı