2024/25 mövsümündən etibarən futbol üzrə Avropa kuboklarının hər üç yarışı yeni formatda keçiriləcək. Bu səbəbdən yeni qaydaların qitənin futbol həyatına, o cümlədən Azərbaycan klublarının iştirakına hansı təsirləri olacaq?
Beləliklə…
- "Real" iyunun 1-də Çempionlar Liqasının finalında "Borussiya"ya qalib gəlsə, Azərbaycan təmsilçisi “Qarabağ" 2024/25 mövsümündə ÇL-ə birinci yox, ikinci mərhələdən başlayacaq (şəxsi reytiqinin yüksək olmasına görə). Yəni Ağdam klubunun qrupa (liqaya) düşmək yolu qısalacaq. Əvvəlkitək komanda 4 deyil, 3 rəqiblə qarşılaşacaq. Hazırlıq və transferlər üçün komanda əlavə 2 həftə vaxt qazanacaq. "Borussiya" qalib gələcəyi halda Azərbaycan çempionu yenə də mübarizəyə 1-ci mərhələdən start verəcək.
- Yeni mövsümdən Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında 32 komandalı qrup mərhələsi ləğv olunur, hər birində 36 komanda olmaqla 3 ayrı vahid liqa yaradılır. Püşkatmanın tarixdə ilk dəfə hibrid formada keçiriləcəyi gözlənilir.
- ÇL-də əlavə 4 vəsiqə aşağıdakı qaydada bölünür:
* 1 vəsiqə UEFA reytinqində 5-ci olan ölkənin (indiki halda Fransa) liqasında üçüncü olan komandaya
* 2 vəsiqə son avrukubok mövsümündə ən yaxşı nəticə göstərmiş iki ölkəyə (indiki halda Almaniya və İtaliya)
* Əlavə 1 vəsiqə təsnifat/pley-off mərhələlərindən liqaya gələnə verilir, bununla da həmin mərhələ üçün vəsiqə sayı 4-dən 5-ə qalxır.
- Azərbaycanın 4 klubu mübarizəyə aşağıda qeyd edilən təsnifat mərhələlərindən başlayır:
* çempion ÇL-də 1-ci (və ya 2-ci) mərhələdən
* kubokun qalibi AL-də 1-ci mərhələdən (çempion kubokun da qalibi olarsa, Premyer Liqanın ikincisi)
* 3-4-cü yeri tutanlar (və ya 2-3-cü yeri tutanlar) KL-də 2-ci mərhələdən
- ÇL-də təsnifatda uduzan mübarizəni AL-də, AL-də uduzan KL-də davam etdirəcək.
- Azərbaycan klubları təsnifat mərhələsində uğurlu çıxış edib vahid liqalara düşərsə, indi qrupda olduğu kimi 6 deyil, 8 oyun keçirəcək (Konfrans Liqasında isə 6). 8 fərqli rəqibin hər biri ilə 1 oyun olacaq: 4 oyun evdə, 4 oyun səfərdə. KL-də 3 oyun evdə, 3 oyun səfərdə.
- Vahid liqalarda yekunda komandaların ümumi xalları toplanacaq. Liqalarda 1-8-ci yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanacaq, 9-24-ci yeri tutan 16 komandadan ibarət 8 cütlük həmin mərhələyə yüksəlmək üçün 2 pley-off matçı keçirəcək. ÇL və AL-də 25-36-cı yeri tutanlar mübarizəni dayandıracaq və indiki kimi aşağı liqaya keçid etməyəcək.
- Püşkatmada 9-16-cı yeri tutanlar “səpələnmişlər”, 17-25-ci yeri tutanlar “səpələnməmişlər” səbətində yer alacaqlar. “Səpələnmişlər” pley-off-da cavab oyunlarını evdə keçirəcəklər.
- “Pley-off”dan başlayaraq, oyunlar indiki kimi iki matçdan, final bir görüşdən ibarət olacaq. Oyunlar indi olduğu qaydada həftəortası keçiriləcək.
- ÇL və AL-də vahid liqanın oyunları sentyabr-yanvar, KL-də sentyabr-dekabr aylarına təyin ediləcək.
***
UEFA bu qərarı liqalarda o cümlədən TOP komandalar arasında oyun sayını artırmaq, rəngərəngliyi çoxaltmaq və son turadək rəqabəti saxlamaq məqsədilə verdiyini açıqlayıb. Əlbəttə, unutmayaq ki, bu halda liqalara görə UEFA-nın sponsor gəlirləri də artacaq və bunun klublara da maddi tərəfdən xeyri dəyəcək.
Vahid liqaların formatını qəbul etməyənlər də az deyil. Amma ən azı 2024-27-ci illəri əhatə edən bu ilkin layihənin Avropa futbolunun reytiqini daha da yüksəldəcəyinə inananlar da çoxdur.
Aydın Bağırov
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər