“Çox şadam ki, bu qələbə sayəsində bütün “Kəpəz” azarkeşlərini sevindirə bildik. Bu gün iki fərqli hissə izlədik. Əslində, matça yaxşı başlamışdıq. İlk qol epizodunu da biz yaratmışdıq. Lakin sonradan futbolçularda sanki arxayınlıq yarandı. Bunun da nəticəsində qapımızda qol gördük”.
QOL.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 29-cu turunda “Araz-Naxçıvan” üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edərkən deyib.
O, ikinci hissədə geridönüş etdiklərini bildirib: “Fasilədə futbolçularla söhbətimiz oldu. Onlara lazımi tapşırıqları verdik. Sağ olsunlar, futbolçular da ikinci hissədə toparlandılar. Lazım olan qolları vurmaqla qələbə qazandıq”.
A.Şükürov fasilədə futbolçularına konkret hansı tapşırıqlar verdiyini də açıqlayıb: “Futbolçulardan daha çox irəli oynamağı istəyirdik. Bunun nəticəsində rəqib qapısında təhlükə yarada bilirdik. Onlar da sağ olsunlar ki, hər şeyi başa düşdülər və lazımi nəticəni qazandıq”.
O, “Qəbələ”ni deyil, yalnız öz çıxışları barədə düşündüklərini vurğulayıb: “Futboçularla danışanda da bildiririk ki, “Qəbələ”nin oyunu barədə düşünmək istəmirik. Əsas odur ki, futbolçularımız istədiklərimizi meydanda yerinə yetirsinlər. Mən komandamdan heç vaxt müdafiədə oturmağı, yaxud rəqibə üstünlük verməyi istəmirəm. Oyun üslubumuz var, ondan geri çəkilməməliyik. Əksinə, oyun üslubumuzu daha da yaxşılaşdırmaq istəyirik”.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı