“İlk hissədə normal futbol oynadıq. Xeyli qol epizodlarımız oldu”.
QOL.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 29-cu turunda “Kəpəz”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
O, məğlubiyyətin üzücü olduğunu bildirib: “İkinci hissədə qapımıza iki zərbə vuruldu, ikisi də qol oldu. Həqiqətən də çox üzücüdür. Çox söz demək də olmur... Məncə, futbolçular da bəzi şeyləri fikirləşməlidirlər”.
“Futbolçular nələri fikirləşməlidirlər?” sualını mütəxəssis belə cavablandırıb: “Çox bəsit qollar buraxırıq. Dediyim kimi, qapımıza iki zərbə var, ikisi də qoldur. Özü də tapşırdığımız məqamlar var idi ki, birində sol, digərində sağ ayaq futbolçu mərkəzə keçib zərbə vurur. Futbolçular meydanda verdiyimiz tapşırıqları icra etmirlər. Xüsusən də müdafiə xəttində”.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək
Ronaldonun 6-cı mundial hazırlığından - Video
Reqlament dəyişmədi, püşkün vaxtı dəqiqləşdi
İordaniya DÇ-2026 heyətini açıqladı