AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda Azərbaycan kubokunda 1/2 finalın ilk oyunu çərçivəsində keçirilən oyunlarda bağlı qərarlar verilib.
Azərbaycan kubokunda 1/2 finalın ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Qarabağ” görüşündə “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” 800 manat cərimə edilib.
Qarşılaşmada “Qarabağ” azarkeşləri kütləvi şəkildə rəqib futbolçuları təhqir etdiyinə görə “Qarabağ” 1000 manat cərimə olunub.
Xatırladaq ki, oyunda "İmarət" fan klubunun bəzi üzvləri "Neftçi"nin futbolçusu Qara Qarayevi də təhqir etmişdi. Bu hadisədən sonra bir çox futbolçular, tanınmışlar Qara Qarayevə dəstək nümayiş etdiriblər.
UFC turniri Ağ Evdə!
"Hakimlərin maaşını düşünəndə adamın ürəyi ağrıyır"
"Çelsi"dən iddialı mövsüm hazırlığı - "Bizi ram etmək olmaz"
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İki “Qarabağ”lı ÇL-in ən yaxşıları arasında
Mundialın rekordçusu "Mançester Siti" oldu
"Qalatasaray"ın hücumçusuna göz dikdilər
Keyn yenidən "Barselona"nın hədəfində
"Heç kimi komandanın "beyni" adlandırmırıq" - Breno Almeyda
"Nyukasl" onları göndərdi
"Benfika"nın baş məşqçisi ola bilər
Klub onunla anlaşarsa, hər oyuna görə cərimə ödəyəcək