Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişdi

Azərbaycan millisinin FİFA reytinqində mövqeyi dəyişdi
ÖLKƏ FUTBOLU 4 Aprel 2024 / 12:23 3511
-  A +

FİFA milli komandaların yeni dünya reytinqini təqdim edib.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, 1177.83 xala malik olan Azərbaycan millisi son reytinqlə müqayisədə 1 pillə irəliləyib. Milli komanda 112-ci sıradadır.

Reytinq cədvəlinə 1858 xalla son dünya çempionu Argentina millisi liderlik edir. Fransa 1840.59 xalla 2-cidir. Belçika 1795.23 xalla 1 pillə irəliləyərək 3-cü pilləyə yüksəlib.

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilmiş “FIFA series - Edition 2024” layihəsində Monqolustana 1:0 hesabı ilə qalib gəlib, Bolqarıstanla 1:1 hesablı heç-heçə edib.

Daha çox


Son xəbərlər
20.02.26  13:07

13 il, 80-ci qol

topaz banner