"İlk hissə tam bizim üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu, onlardan istifadə etsəydik, hesab daha böyük olardı".
QOL.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın məşqçisi Mübariz Orucov Misli Premyer Liqasının 28-ci turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, 1:0 hesablı qələbəni belə şərh edib: "İkinci hissəni daha rahat oynamaq mümkün idi. Amma qol vurmadıq deyə, bir az gərginlik yarandı. Futbolçularda yorğunluq hiss olunurdu, oruc tutanlar çoxdur. Oyunun vaxtı da oruc tutanlar üçün əlverişsiz idi. Demək olar ki, su içib davam etdilər. Yorğunluq fonunda keyfiyyət də aşağı düşdü. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq. Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq".
- Sizdən əvvəl digər rəqibləriniz oynamışdı və hansı nəticənin sizi hansı pilləyə yüksəldə biləcəyini bilirdiniz. Bu sizdə əlavə təzyiq yaratmışdı?
- Bilirik ki, belə şeylər futbolçularda təzyiq yarada bilər. Ona görə Samir Abasov çalışır ki, uşaqlara hatlıq versin. Uşaqlardan mütləq yer tutmalıyıq kimi tələbəimiz də yoxdur. Futbolçulara deyirik ki, meydanda gözəl futbol göstərin, oyunumuzu inkişaf etdirək. Çalışırıq ki, təzyiqi futbolçulardan uzaqlaşdıraq. Nə qədər bacarırıq, bilmirəm.
- Penalti epizodunu izləmisiz?
- Vallah izləməmişəm. Amma eşitdim ki, narazılıqlar var.
- Sosial şəbəkələrdə də müzakirə edilir və idman ictimaiyyəti də haqsız penalti olduğunu düşünür...
- Epizodu tam görməmişəm. Haqsızlığı nədə görürlər? Epizod itsə belə, top meydandadırsa, təmas olubsa, penalti verilməlidir. Qapıçı topu əlinə götürüb, amma rəqibini vurur. Bu nədir? Penalti. Əgər cərimə meydançasında təmas varsa, penalti qərarı doğrudur.
- Hakim idarəçiliyindən razı qaldınız?
- Baxıram ki, elə rəqib də narazı idi, biz də. Olur da, hakimlər də səhv edir. Bizim özümüz də bir neçə dəfə haqsızlıqla qarşılaşdıq. Deyim ki, hakim bərbad idi, xeyr.
- "Sumqayıt" üçün baxımlı oyun vacibdir, yoxsa üç xal?
- Əlbəttə ki, bu dəqiqə ən vacibi üç xaldır. Ancaq yaxşı oyunla üç xal daha ləzzətli olur. Düzü, elə mərhələdir ki, bu dəqiqə üç xalı istəyərdik.
- Avrokuboklara vəsiqə qazansanız, komanda bu oyunla orada nə edə bilər?
- Avrokuboklara vəsiqə qazansaq, yəqin ki, komanda güclənməlidir. O yöndə də işlər görüləcək. Düzdür, qışda transfer edə bilmədik. Transfer etməməyimizin səbəbi sırf maliyyə ilə də bağlı deyil. Maliyyəmiz yüksək deyil ki, yaxşı oyunçular götürək. Sadəcə, qışda yaxşı futbolçu tapmaq çətindir. Yaxşı oyunçuların klubla müqaviləsi olur. Həm özünə, həm də klubuna pul ödəməlisə. Azad agent statusunda olanlar da bizim xoşumuza gəlmədi. Transfer xətrinə oyunçu götürmək istəmədik. Yayda avrokuboklara düşsək də, düşməsək də güclənmək istəyirik. Komanda ildən-ilə ələnməlidir. Yaxşı oyunçularla yolumuza davam edəcəyik.(sportal.az)
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”