"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 28-ci turunda "Zirə"yə 0:1 hesablı məğlubiyyətdən sonra mətbuat konfransı keçirib.
- Belə oyundan sonra nəticədən danışmaq çətindir. Futbolçularımı təbrik edirəm. Nəticə yox, onların göstərdiyi mübarizədən razı qaldım. Oyunun əvvəlində nəzarət bizim tərəfdə idi. "Zirə"nin çox yaxşı komanda olduğunu bilirdik. Standart vəziyyətdə kiçik səhv etdik və bu, qolla nəticələndi. Bu, futboldur, belə hallar baş verə bilər. Sona qədər təslim olmadıq. Rəqibi də təbrik edirəm. Qələbəyə layiq idilər.
- "Zirə" şəxsi oyunlarda üstünlüyü ələ keçirdi. Bunun məyusluğunu yaşayacaqsınız?
- Hələ heç nə həll olunmayıb. Qarşıda 8 tur var. Hər həftə hər şey dəyişə bilər. 5-6 komanda bir-birinə yaxındır. Bir qələbə ilə daha irəli gedə bilərik. Mövsümü 2-ci yerdə də bitirə bilərik, 4-cü yerdə də.
- Bu gün əsas rəqibinizə məğlub oldunuz. Amma komandada təlaş hiss olunmurdu. Bu, arxayınlıq nədən irəli gəlir?
- Bir oyun heç nəyi həll etmir. Bura gələndə inanırdım ki, bizim oyunçuların mövsümü 2-ci yerdə bitirmək üçün keyfiyyəti var. Burda olduğum müddətdə keçirdiyimiz 3 oyundan ən yaxşısı bugünkü matç idi. Əvvəlki görüşlərin ikinci hissəsində oyundan düşmüşdük. Bu gün isə 90 dəqiqə oynadıq. Amma belə oyunlarda qol vurmalısan.
- "Qəbələ" ilə yoldaşlıq oyunundan sonra demişdiniz ki, futbolçular yüz faizlərini meydanda qoymalıdır. Bu gün bunu gördünüz?
- Onların mübarizəsindən, döyüşməklərindən razıyam. Futbol belədir, bəzən yaxşı oynasan da, qələbə qazana bilmirsən (presssport.az)
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda
Skalonidən Messi açıqlaması
Türkiyə millisinin heyətindən çıxarıldı
Klub prezidenti qətlə yetirildi
Mikels bu dəfə millidə qol ötürməsi etdi
"Mançester Siti"nin sabiq futbolçusu vəfat etdi
İspaniyanın Xorvatiyaya vurduğu 4 qol - Video
Portuqaliya millisində Ronaldo gərginliyi
Çeferindən İnfantinoya sərt sözlər: “Artıq kifayətdir”
“Sabahın Ulduzları”nda bürünc medalın sahibləri bilindi
Tomas Müllerlə müqavilə uzadıldı
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”