“Bu gün stadionda möhtəşəm atmosfer var idi. Təbii ki, məhz “Qarabağ”ın Tovuza gəldiyini hiss elədik. Çoxdandır evdə məğlub olmurduq. İstəyirdik ki, bu seriyanı davam etdirək. Lakin güclü rəqibə qarşı oynayırdıq. Bununla belə, uşaqlar sona kimi əzmkar mübarizə apardılar”.
QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 27-ci turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Məğlubiyyətə baxmayaraq, mütəxəssis futbolçularından razılığını ifadə edib: “İlk hissədə hesabı açdıq. Fasiləyə qədər Otto Con ikinci qolu da vursaydı, bəlkə də oyunun axarı tam başqa cür ola bilərdi. İkinci hissədə hesabda geri düşsək də, epizodlarımız oldu. Futbolçularımın performansı alqışalayiqdir. İndi bu tempi saxlamalıyıq. Onu da unutmayaq ki, bu gün itkilərimiz var idi. Ümid edirəm ki, fasilədə zədəlilərimzi heyətə qayıdacaq və tam heyətlə dördüncü dövrəyə hazırlaşacağıq”.
O bildirib ki, bu gün meydana çıxmayan futbolçularının yeri görünürdü: “İstər Bruno olsun, istər Denis. Eləcə də Ayxandan da istifadə edə bilmədik. Neçə oyundur Paçu da bizə kömək edə bilmir. Bütün bunlar oyunumuza təsir edir. Təbii ki, futbolçularımızın hamısı bizim üçün dəyərlidir. Bu gün kimə şans verdiksə, maksimum gücünü qoydu”.
Tovuz klubunun çalışdırıcısı komandasının çempionatın üçüncü dövrəsini yaxşı keçirdiyini vurğulayıb: “Məğlubiyyətlə başlasaq da, sonrakı oyunlarda qələbələr qazandıq. Qışa qədər yuxarı pillələrlə aramızda xal fərqi çox idi. Amma bu gün o qədər də böyük deyil. Dördüncü dövrə hər kəs üçün çətin olacaq. Bütün qarşılaşmalar gərgin keçəcək. Futbolçular da bunu bilirlər”.
“Hesabı açdıqdan sonra düşündüz ki, “Qarabağ” sonradan əsas heyəti meydana buraxacaq və bu, komandamız üçün acınacaqlı nəticəyə gətirib çıxaracaq?” sualını A.Abbasov belə cavablandırıb: “Buna hazır idik. “Qarabağ”ın bu start heyəti ilə meydana çıxacağını gözləyirdik. 3 turdur bu heyətlə oynayırdılar. Həmin heyət “Qəbələ”, “Zirə” və “Sumqayıt”la matçlarda 11 qol vurmuşdu. Dəyişiklikləri də gözləyirdik. Oyunun axarı bundan xəbər verirdi. Ustalıq öz sözünü deyir. Lakin bu o demək deyil ki, “Qarabağ”a müqavimət göstərməyək. Birinci hissədəki tempi fasilədən sonra da saxlasaydıq, nəticə bəlkə də fərqli olardı. İlk 45 dəqiqədə rəqibə epizod vermədik. İkinci hissənu də belə keçirə bilsəydik, daha yaxşı olardı. Bunun üçün vaxt lazımdır”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda