“Tovuzda olmaq mənim üçün hər zaman xoşdur. Hər bir azarkeşə təşəkkür edirəm. Komandamı belə xoş qarşıladıqlarına görə onlara minnətdaram. Sağ olsunlar. “Turan Tovuz”a da gələcək oyunlarda uğurlar arzulayıram”.
QOL.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 27-ci turunda “Turan Tovuz”a qarşı səfərdə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis komandasının 3:1 hesablı qələbəsini belə şərh edib: “Bizim üçün vacib oyun idi. Mən həmişə istəmişəm ki, gərgin səfər matçlarından sonra bu cür oyunlarda futbolçularım xarakter göstərsinlər. 2 gün yollarda olduq. Bununla belə, komanda toplarlandı. Matçın əvvəlində gərginlik var idi. Sonradan oyunu ələ ala bildik. Yekunda qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm. Son bir ayda çox sıx qrafikdə oynayırdıq. Bu qrafikə dözmək futbolçular üçün çox vacib idi. Buna peşəkarlıq lazım idi. Onu da futbolçularımda gördüm. Öz azarkeşlərimizə də minnətdaram. Uzun yol qət edərək bu gün bizi tək qoymadılar”.
Q.Qurbanov qeyd edib ki, komandası qarşıdakı 2-3 turda çempionluğu təmin etsə, növbəti görüşlər üçün motivasiya ilə bağlı problem yaşamayacaq: “Çünki daha yaxşı olmaq üçün qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq. Təəssüf ki, milliyə gedən futbolçular istirahət edə bilməyəcəklər. Digərlərinə xeyli istirahət verəcəyik ki, bərpa olsunlar. Qarşıda yenə çempionat, kubok matçları gəlir. Yenə 4 gündən bir oynamalı olacağıq. İnanmıram ki, hər hansı çətinlik olsun. Əksinə, daha çox çalışacağıq”.
O, millinin oyunları ilə bağlı yaranacaq fasilə ilə bağlı planlarından da söz açıb: “Futbolçulara 4 gün istirahət verəcəyik. İnanmıram ki, yoxlama görüşü keçirək. Sabah proqram hazırlayacağıq. Bəlkə, əvəzedici heyətimizlə yüngül oyun keçirdik. Bakıda olacağıq”.
Q.Qurbanov bugünkü matçda mərkəz müdafiəçisi kimi sınadığı Mateus Silvadan razı qalıb: “Ümumən normal təsir bağışladı. Səhvləri çoxdur. Xüsusən də mövqe səhvləri. Lakin üstün cəhətləri də var. Mərkəz müdafiəçisində olası xüsusiyyətlərə sahibdir. Sürətindən faydalanır, birəbir mübarizələrdən qalib ayrılır. Oynadıqca özünü bu mövqedə daha rahat hiss edəcək. Amma Silva bizə öz mövqeyində daha çox lazımdır”.
“Hesab fərqli olsaydı, əsas heyət futbolçularını ikinci hissədə meydana buraxardınız?” sualını Qurbanov belə cavablandırıb: “Oyunun gedişatına görə addım atacağdıq. Meydandakı oyunçuların durumu vacib idi. Yorulanlar, zədə almaq ehtimalı olanlar var idi. Amma Zubir, Juninyonu meydana buraxmaq düşüncəm yox idi. Gedişata uyğun addım atdıq”.
Q.Qurbanov legioner limiti barədə konkret fikir bildirməkdə çətinlik çəkdiyini deyib: “Eyni səviyyəli komanda saxlamaq üçün fərqli düşüncədə oluruq. Eyni səviyyəli heyət olsa, hamı oynayacaq. Əlimizdə olanlar nəticə verən futbolçulardır. Belədə Nəriman üçün daha çox şans yaranır. Tural, Elvin artıq püxtələşiblər. 1-2 fərqli futbolçu olsa, heyət daha geniş olardı. Amma bugünkü heyətimizdən də razıyam. Hər bir oyunçu nəticə verməyi bacarır. 1-2 əlavə olsaydı, pis olmazdı”.
Hazırda “Qarabağ”ın legionerlərinə Avropa klublarından maraq olsa da, bu məqam Qurbanovu narahat etmir: “Hazırda heç bir danışıq yoxdur. Hər hansı təklif olsa, buna normal yanaşacam. Gözləniləndir. Biz də istəyirik ki, heyətimizi qoruyub saxlayaq. Bir problem görmürəm. Transfer bazarına girməliyik. Azərbaycan futbolunu tanıtmaq üçün bazarda da iştirak etməliyik”.
Təcrübəli mütəxəssis qeyd edib ki, hazırda ikinci pillədən 24 xal öndə olmalarında Azərbaycan futbolu adına hər hansı problem görmür: “Buna normal baxıram. Xal fərqini düşünürüksə, Avropanın çox ölkələrində belə hal olur. Bu o demək deyil ki, bizdə vəziyyət bərbaddır. Ola bilər bu mövsüm oyunumuz daha uğurlu alınıb. Bu o demək deyil ki, hər il belə olacaq. Bundan da yaxşı formada olduğumuz vaxtlarda elə olub ki, çempionluğu sona 2-3 tur qalmış rəsmiləşdirmişik”.
“AFFA-nın yeni rəhbərliyindən təklif gəlsə, yenidən İcraiyyə Komitəsində yer alarsınızmı?” sualına Qurban Qurbanov belə cavab verib: “Ümumən biz Azərbayan futbolu üçün çalışırıq. Tək özümü düşünməyim düzgün olmaz. Bəzən küsürsən, inciyirsən, amma ümumən Azərbaycan futboluna faydası olacaqsa, lazımi addımı atacağıq”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı