“Ümumi götürsək, oyun bizim üçün pis keçmədi. Matça yaxşı başladıq. Fasiləyə qədər hesabı da açdıq”.
QOL.az saytına açıqlamasında bu sözləri “Araz-Naxçıvan”ın hücumçusu Orxan Əliyev Misli Premyer Liqasının 27-ci turunda “Qəbələ” ilə heç-heçə (1:1) etdikləri oyun barədə danışarkən deyib.
O, ikinci hissədə azlıqda qalmalarının matçın nəticəsinə təsir etdiyini vurğulayıb: “İkinci hissəyə də pis başlamamışdıq. Lakin azlıqda qalmağımız bütün planları pozdu. Qırmızı vərəqə oyunumuza təsir etdi. Qalib gəlməyi çox istəyirdik. Təəssüf ki, alınmadı. Yekunda 1 xalla kifayətlənməli olduq”.
29 yaşlı forvard matçın ilk hissəsində bir neçə qol epizodunu qaçırmasına belə münasibət bildirib: “Bəli, şanslarım var idi. Lakin fərqlənə bilmədim. Heyf o epizodlardan... Amma ruhdan düşmürəm. Bundan sonra üzərimdə daha çox çalışacam ki, gələcəkdə bu cür şansları dəyərləndirim”.
O, çempionatdakı fasilənin “Araz-Naxçıvan”ın xeyrinə olacağını düşünür: “Çempionatda fasilə yaranması bizim üçün müsbət məqamdır. Son dövrəyə daha yaxşı hazırlaşmaq üçün imkanımız olacaq. Bizə xallar çox lazımdır. Qələbəyə ehtiyacımız var. Hazırda turnir cədvəlində səkkizinci pilləyə enmişik. Lakin rəqiblərlə aramızda xal fərqi çox deyil. Ardıcıl qələbələrlə turnir cədvəlində vəziyyətimizi xeyli yaxşılaşdıra bilərik. Bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik”.
O.Əliyev adının millinin martdakı oyunları üçün açıqlanan heyətdə olmasına da toxunub: “Milliyə dəvət almağım sevindirici haldır. Lakin hələlik adım ehtiyat siyahıdadır. Azərbaycan millisində oynamağı çox istəyirəm. Şansımı gözləyəcəm. Əgər mənə etimad göstərilsə, bütün gücümü ortaya qoyacam”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda