"Oyuna yaxşı hazırlaşmışdıq. Qırmızı vərəqəyə qədər yaxşı oynadıq. Futbolda belə hallar olur. 3 xal qazana bilmədiyimizə görə təəssüflənirəm. Çünki xallar bizim üçün çox vacib idi".
QOL.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 27-ci turunda "Qəbələ" ilə 1:1 hesabı ilə heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, komandanın yeganə qolunu vuran və qırmızı vərəqə alan Numan Kurdiçlə bağlı söyləyib: "Eyni futbolçu həm qırmızı vərəqənin alınmasında, həm də qapımıza vurulan qolda pay sahibi oldu. Əlbəttə, belə vəziyyətdə futbolçunun üzərinə də çox getmək, onu ruhdan salmaq olmur. Bunları unudub, qarşıdakı oyunlara baxmaq lazımdır. Kim istəyərdi ki, belə səhvlər eləsin. Nadir hadisə olsa da, baş verdi. Yaxşı ki, məğlub olmadıq, xalımızın üstünə xal əlavə etdik.
32 xalımız var. İkinci pillədən 8 xal geridəyik. Qarşıda 9 tur var, hər şey dəyişə bilər. Maraqlı oyunlar qarşıdadır. Bizə 2-3 oyunda qələbə qazanmaq lazımdır ki, vəziyyətdən çıxaq".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda