"Komandamı təbrik edirəm. Olduqca önəmli qələbə qazandıq. Birinci hissə bizim üçün pis keçmirdi. Bir neçə təhlükəli hücumlarımız var idi. Bir dəfə İssa Cibrillanın yaxşı fürsəti oldu. Ötürmə vermək əvəzinə qapıya vursaydı, qolla nəticələnə bilərdi. İkinci hissədə sürəti qaldırdıq. Futbolçular ön xəttdə daha keyfiyyətli oynamağa başladı. Nəticədə çox vacib qələbə qazandıq".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 27-ci turunda "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Futbolçular hücum xəttində daha inamlı idilər. Əksinə gözləyirdim ki, daha həyəcanlı olacaqlar. Çünki, bəzi oyunlarda xal itkiləri komandanın üzərində təzyiq yaradırdı. Şükürlər olsun ki, bu gün həmin təzyiqi ata bildilər. Milli fasilədən öncə vacib qalibiyyət oldu. Bütün oyunlar çətin keçir. Rəqib çox yaxşı mübarizə aparırdı. Son dəqiqələrdə bizə həyəcanlı anlar yaşatdılar" - deyə o bildirib.
Mütəxəssis Premyer Liqadakı fasilənin "Zirə"yə necə təsir edəcəyi ilə bağlı söyləyib: "Oyun yaxşı gedəndə heç kim fasilə olmasını istəmir. Sadəcə olaraq bizim başqa problemlərimiz var. Düşünürəm ki, fasilə bizim üçün daha yaxşı olar. Həm Meza Kollinin formaya düşməsi var, həm Kulaç, həm Rafael Utsiq zədədən yeni qayıdıb. Rüstəm Əhmədzadənin də 2-3 həftə zamana ehtiyacı var. Qarşıda bizi bir-birindən önəmli oyunlar gözləyir".
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
Şotlandiya - Azərbaycan oyunu bu kanalda