“Milliyə dəvət aldığım üçün şadam”.
QOL.az saytına açıqlamasında bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç deyib.
“FİFA series-Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandasının heyətinə dəvət alan 33 yaşlı futbolçu qarşıdakı görüşlərdə özünü yaxşı tərəfdən göstərməyə çalışacağını bildirib: “Qarşıda millinin 2 oyunu olacaq. Düşünürəm ki, nəinki mən, dəvət alan hər kəs şans qazanacaq. Hər bir futbolçu yığmada özünü yaxşı tərəfdən göstərmək istəyir”.
O, Monqolustan və Bolqarıstanla görüşlərdən də söz açıb: “Hər iki oyuna ciddi yanaşmaq və qələbə qazanmaq lazımdır. Milli komandanın hər bir oyunu vacibdir”.
“Neftçi”nin üzvü hazırda yığmaya müvəqqəti rəhbərlik edən Arif Əsədovun futbolçular üçün tanış sima olduğunu söyləyib: “Arif Əsədovu tanıyıram. Artıq bir neçə ildir milli komandada köməkçi məşqçi kimi çalışır. O özü də futbolçuları yaxşı tanıyır”.
“Sizcə, millinin yeni baş məşqçisi yerli, yoxsa əcnəbi mütəxəssis olmalıdır” sualını F.Ozobiç belə cavablandırıb: “Bu barədə AFFA rəsmiləri danışsalar, daha yaxşı olar. Hər halda qərarı onlar verir. Mənim üçün bunun ciddi fərqi yoxdur. Əsas odur ki, yeni baş məşqçi komandaya fayda versin. Amma hesab edirəm ki, Azərbaycanda milliyə rəhbərlik edə biləcək yerli məşqçilər var”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar
Bu federasiyaya yeni prezident seçildi
“Hazırda millinin heyəti elə də güclü deyil” - Mircavadov