Avropa Liqasının pley-off mərhələsinin cavab matçında "Qarabağ"la qarşılaşacaq "Braqa" artıq Bakıdadır.
QOL.az xəbər verir ki, Portuqaliya təmsilçisi gecə saatlarından Azərbaycana gəlib.
"Braqa"nın Bakıya gələn heyəti
Qapıçılar: Mateus, Tyaqu Sa, Lukas Horniçek
Müdafiəçilər: Sərdar Saatçı, Siku Niakate, Joze Fonte, Paulu Oliveyra, Joe Mendes, Fransisko Çissumba, Vitor Qomes, Kristian Borxa
Yarımmüdafiəçilər: Şer Ndur, Rodriqo Zalazar, Vitor Karvalyo, Pittsi, Joao Moutinyo, Cibril Sumare
Hücumçular: Bruma, Abel Ruis, Alvaro Calo, Roni Lopes, Rocer Fernandes, Simon Banza
Göründüyü kimi, komandanın kapitanı və aparıcı üzvlərindən biri olan Rikardo Horta zədə səbəbindən Bakıya gələn heyətdə yer almayıb. Baş məşqçi Artur Jorje son açıqlamasında Hortanın “Qarabağ”la cavab oyununa hazır olacağına çox inandığı desə də, Braqadakı oyunu buraxan Portuqaliya millisinin üzvü Bakıdakı matçda da komandasına kömək edə bilməyəcək. Bu mövsüm avrokuboklarda 7 qol ötürməsi edən futbolçunun yoxluğu "Qarabağ" üçün sevindirici məqamdır.
Bundan başqa, cinah müdafiəçisi Adrian Marin də zədəlidir və bərpa prosesi keçirir.
Əvəzində, Portuqaliya millisinin sabiq üzvü, komandanın tanınmış futbolçularından olan Bruma zədəsini sağaldıb və heyətdə yer alıb. 29 yaşlı hücumçu “Braqa”nın qol ümidlərindəndir. Qeyd etmək yerinə düşər ki, Bruma bu mövsüm avrokuboklarda 9 oyuna 5 qolla (2-i Çempionlar Liqasının qrup, 3-ü təsnifat mərhələsində ) komandanın bombardiridir. O, ÇL-in qrup mərhələsində “Napoli” və Berlin “Union”u ilə oyunlarda da qol vurmağı bacarıb. Bruma bu oyunlarda 2 qol ötürməsi də edib.
Portuqaliyanın “A Bola” nəşri “Braqa”nın “Qarabağ” səddini keçmək işinin çətin göründüyünü də yazıb. 2 top fərqinin aradan qaldırmağın asan olmayacağı vurğulanıb. O da qeyd olunub ki, “Braqa” bir dəfə avrokuboklarda 2 top fərqi ilə uduzduğu görüşdən sonra vəziyyəti xeyrinə dəyişə bilib. Bu, Avropa Liqasının 2021-2022 mövsümündə “Şerif”lə (Moldova) pley-off matçlarında olub. Həmin vaxt səfərdə 0:2 hesabı ilə uduzan “Braqa” evdə rəqibini eyni hesabla üstələyib və penaltilər seriyasında daha dəqiq olaraq 1/8 finala yüksəlib.
Qeyd edək ki, sabah keçiriləcək “Qarabağ” – “Braqa” matçı saat 21:45-də başlayacaq. Komandaların Portuqaliyadakı oyununda “Qarabağ” 4:2 hesabı ilə qalib gəlib.
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video
Slot Salahın gedişini təsdiqlədi
Mahir oynadı, komandası qalib gəldi
Millimizin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti
Leau zəddəsini sağaltdı
18 ildən sonra: Tarixdə 3-cü dəfə
Eren Aydın: “Qol vuracağımı hiss edirdim”
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
Nazir və səfir “Qarabağ”ın U-12 komandasını ziyarət etdi
Poçettino “Tottenhem”in seçimindən məyus olub
Karyerasının 967-ci qolunu belə vurdu - Video
Marko Yankoviç: “Hakimlik bizi maraqlandırmır”
Messi adını daşıyan tribunanı ziyarət etdi: "İnanılmazdır"