"Araz-Naxçıvan" Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyununda "Qəbələ"yə 0:2 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.
QOL.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Birinci hissə barədə çox danışmaq istəmirəm. Premyer Liqada və kubokda mübarizə aparırsansa, belə sadə qollar buraxmaq olmaz. Bu da komandaya psixoloji gərginlik verir. Artıq bir yolumuz var, o da çempionatdır. Orada yolumuza davam edəcəyik.
- Qış fasiləsində komanda güclənmədi. Bu heyətlə mübarizə aparmaq çətin olmayacaq?
- Müdafiədə elə böyük səhvlərimiz olmur. Əsasən standart vəziyyətlərdən, asmalardan qapımızda qol görürük. Güclənmədik deməzdim. Bəli, transfer edə bilmədik. Amma komanda toparlanacaq. Qarşıdakı matçlarda daha yaxşı oyun gözləyirəm. 3-4 gündən bir oynayırıq, bəzi futbolçularımız qrip virusuna yoluxdular. Çalışacağıq ki, Premyer Liqada daha motivasiyalı, daha yaxşı "Araz-Naxçıvan" görək.
- İki cəbhədə mübarizə aparmaq üçün nə çatmadı?
- Həm heyət yetmədi, həm də sadə toplar buraxmağımız. "Qəbələ" ilə ilk oyunun birinci hissəsində daha yaxşı idik, ikinci hissədə komandanın gücü çatmadı. Bu gün ilk dəqiqələrdən pis başlamadıq, amma çox sadə qollar buraxdıq. İkinci hissədə oynadıq, amma qolu vaxtında vura bilmədik. Heyətin geniş olmasa, iki cəbhədə mübarizə aparmaq yəqin ki, çətindir.
- Azarkeşlərinizin olmaması oyununuza təsir edir?
- Əlbəttə azarkeşin olması yaxşıdır. Naxçıvanda oynasaq, üstünlük bizdə olar. Bunu zaman göstərəcək. Ümid edirəm bu məsələ həll olunar. Biz də istəyərdik ki, öz azarkeşlərimizin əhatəsində oynayaq.
- Transfer ehtimalı var?
- Gözləyirik. Baxışda olan oyunçu var. Başqa bir şey yoxdur. (Sportal.az)
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var
“Fənərbaxça” transfer qadağasından xilas olur
“Azərbaycanla cavab matçını səbirsizliklə gözləyirəm”
“Yuventus” yeni qapıçı transfer etdi
İngiltərə - Çexiya matçı türkiyəli hakimə tapşırıldı
2-ci liqada 5-ci tura start verildi
Azərbaycan boksçuları Çində 10 medal qazandılar
Ançelotti Rafinyanı hücumun mərkəzində sınayacaq
“Atletik”in gəliri rekord həddə çatdı
Almaniya millisində ən pis start
Azərbaycanın U-17 millisi 0:16 hesabı ilə uduzdu
Azərbaycan cüdoçularıdan 5 medal
Alberto Cilardinonun yeni iş yeri bilindi
Türkiyə – İtaliya oyunu bu kanallarda
"Qəbələ"də daha iki yeni məşqçi - Rəsmi
Mahir Emreli: “Belə şeylər Avropada bəyənilmir, amma…”
Messinin cərimə zərbəsindən 76-cı qolu - Video
“Milan”dan ayrılacaqlar
Haalandın qolu, Norveçin məğlubiyyəti - Video
Kloppdan gözlənilməz məğlubiyyətə münasibət
Çimərlik güləşində tarixi uğur
İsrail - İrlandiya matçında diqqətçəkən etiraz
Ronaldo 18 il sonra ilk dəfə...
"Daha yaxşı "Qəbələ" görəcəyik" - Yeton Bekiri
Almaniya uduzdu, Niderland və Portuqaliyadan qələbə
"Bizim üçün göz oxşayan matç deyildi" - Edqaras Yankauskas
"Türkiyə ilə matçda sakit qalmalıyıq"
Klub azarkeşlərə görə cəzalandırıldı
Ronaldo Norveçlə matçda ehtiyatda
Litva - Azərbaycan matçından - Video
Kosovo uduzdu, Danimarkadan qələbə
Portuqaliya millisində itki
"Karyeramda belə məyusluq yaşamamışdım"
"Qəbələ" "Karvan-Yevlax"la qarşılaşdı