Azərbaycanda VAR sistemi tətbiq olunandan sonra dedik ki, day hakimlər qələt eləməz, qələt eləsələr də VAR onların qələtini düzəldər. Amma gözlədiyimiz kimi olmadı. VAR bəzən hakimdən də böyük qələt edir, qələt, yəni səhv.
Çox zaman deyəsən VAR da tıxaca düşür. Bir dəqiqə, dəqiqə yarıma həll edəcəyi məsələ beş-altı dəqiqə çəkir.
Görünür bizim hakimlər, xüsusilə də VAR-da olan hakimlər dünya futbolunu izləmirlər. Bu günlərdə Türkiyəyə hakimlərin konfransına nəsə öyrənməyə yox, Antalyaya istirahət eləməyə gedibmişlər.
Avropa futbolunu izləyirik, qol olan zaman VAR ondan bir qədər əvvəlki epizodları da izləyir: autu və ya qoldan əvvəlki cərimə, kobudluq olubsa ona da diqqət yetirir. Təəssüf ki, bizdə elə deyil. "Zirə" ilə "Sabah"ın oyununda həm Rauf Cabbarov, həm də VAR hakimləri çox kobud səhv buraxdılar. Birinci səhvi Rauf Cabbarov elədi. Gözünün qabağında top "Sabah"ın oyunçusuna dəyib qapı xəttindən çıxır. Amma küncdən zərbə vermək əvəzinə topu "Sabah"ın qapıdan başlayacağına işarə edir. "Zirə"nin oyunçularının etirazını da qulaqardına vurur. Təbii ki, VAR bu məsələyə qarışa bilməzdi. Və "Sabah"ın qapıçısı dərhal topu oyuna daxil edir, hücumçu da "Zirə"nin qapıçısı ilə təkbətək çıxır və cərimə meydançasında onu yıxırlar. Özu də 94-cü dəqiqənin gərək ki, 48-ci saniyəsində, yəni artırılmış vaxtdan 48 saniyə sonra. Və penalti. Burda hakimin qərarı düzdür. Amma VAR-dakılar hara baxırdı? Penaltidən 10 saniyə əvvəl Rauf Cabbarovun kobud səhv etdiyini görmürdümü? Görürdü, amma özünü görməməzliyə vururdu.
VAR sistemi iki ildir tətbiq olunur, amma təkmilləşmək əvəzinə günbəgün geri gedir.
Hakimlər Komitəsinin sədri, adını da unutmuşam Şimşəkdi, yoxsa İldırımdı, nəyə sədrlik edir? Elə oyun olmaz ki, hakimlər kobud səhvlərə yol verməsinlər. Bu isə bir oyunun taleyini həll edir.
Deyirlər, "Zirə" 7 oyundu qol vura bilmir. "Zirə" neyləsin, hakim qarşı tərəfdən oynayırsa.
Belə getsə, bir gün Rəşad Sadıqov bu haqsızlıqlara dözməyib basıb hakimi döyəcək və nəticədə Rəşad müəllimi gözünə döndüyüm AFFA futboldan uzaqlaşdıracaq.
Hörmətli Rəşad müəllim, sən Qurban Qurbanovun tələbəsisən, onun kimi təmkinli ol, hövsələdən çıxma. Bir gün haqq-ədalət yerini tapacaq, sənə düşmənçilik edən hakimlər və o düşmənçiliyin arxasında duran qüvvələr özləri futboldan gedəcəklər.
Rəşad Sadıqov və "Zirə"yə uğurlar arzulayıram.
Aqil Abbas
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə
Simoenedən Mourinyoya: "Sərhədi keçməməlisən"
Ağır məğlubiyyətdən sonra istefa verdi
Kadıköydə qol yağışı - Video
Messi 930-cu qolunu vurdu - Video
Azərbaycan millisinin düşərgəsində yaşananlar - Şəkillər
"Fənərbaxça" 8 qolla qalib gəldi, "Beşiktaş" uduzdu
“Sabahın Ulduzları”nda finalçılar məlum oldu