Medianın İnkişafı Agentliyinin layihəsi
Əvvəllər Azərbaycan futbol klubları akademiya modelinə üstünlük verməsələr də, son illərdə bu ənənə inkişaf edir.
Ölkəmizdə 2019-cu ildə "Turan Tovuz"un Futbol Akademiyası fəaliyyətə başladı. Bugünlərdə isə Gəncə Futbol Akademiyasının açılışı olacaq. Açılışda AFFA prezidenti Rövnəq Abdullayev, milli assosiasiya rəsmiləri, eləcə də Gəncə futbol ictimaiyyətinin nümayəndələri də iştirak edəcəklər.
Bunları Azərbaycan futbolunun inkişafı üçün gələcəyə doğru atılmış addım kimi qiymətləndirmək olar.
Əvvəllər komandalarımız yalnız "Bakı", "Qəbələ" kimi futbol akademiyalarının yetişdirdiyi yerli futbolçulardan bəhrələnsə də, gələcəkdə akademiyaların sayının artması nəticəsində çox sayda istedadlı oyunçuların üzə çıxacağını gözləmək olar.
"Bakı" Futbol Akademiyasının yetirməsi olan Mahir Emreli, "Qəbələ" Futbol Akdemiyasının yetirməsi olan Amin Seydiyev, Bəhlul Mustafazadə kimi bir çox oyunçular hazırda Azərbaycan millisinin uğurları üçün çalışırlar.
Bəs son dövrlərdə futbol akademiyalarının sayının artması futbolumuza hansı müsbət təsiri göstərə bilər? Bu, Azərbaycanda futbolun biznesə çevrilməsinə səbəb ola bilərmi? Hansı bölgələrimizdə futbol akademiyalarının açılması zərurətdir?
Bütün bu suallarımıza cavab tapmaq üçün "Turan Tovuz" Futbol Akademiyasının koordinatoru Rasim Əliyevlə həmsöhbət olduq.
R.Əliyev bildirdi ki, futbol akademiyaları açıldıqdan sonra aşağı yaş qruplarından ibarət komandalar üçün oyunçu tapmaq daha da asanlaşıb: "Akademiya açılana qədər belə olurdu ki, komandaya kifayət qədər uşaq tapa bilmirdik. Akademiya açılandan sonra say da artdı. Biz bölgələrdə əlavə qruplar da yaratmışıq. Öz klubumuzda 14 yaşa qədər 2 komanda yaratmışıq. Bu isə akademiyanın hesabına oldu. Akademiyadan əvvəl belə şeylər yox idi. Elə olurdu ki, uşaqları məcbur gətirirdik. Əvvəl valideynlər uşaqlarının futbolla məşğul olmasına icazə vermirdilər. İndi valideynlər özləri uşaqlarını buraya gətirirlər. Üstünlük odur ki, bölgələrdəki uşaqları cəlb edə bilirik. Məsələn, bu bölgədə yeganə klub bizdə idi. 14 yaşdan sonra çempionatda bizim komandalar oynayırdı. Qazax, Ağstafa, Şəmkir kimi bölgələrdən olan uşaqlar 14 yaşdan sonra yoxa çıxırdılar. İndi yaxşı oynayan uşaqları gətirib öz akademiyamızda saxlayırıq. Əvvəl belə bir imkanımız yox idi".
Rasim Əliyev
O, bir çox regionlarda, xüsusilə də Cənub bölgəsində futbol akademiyasının açılmasının vacibliyini vurğulayıb: "Mən istəyərdim ki, təkcə Gəncə və ya Qəbələdə yox, bütün bölgələrimizdə akademiyalar olsun. Başqa bölgələrə yaxın klublar var ki, 14 yaşa çatandan sonra uşaqları saxlaya bilmirlər. Bəzi böləgələri özüm gəzib gördüm ki, Azərbaycanda 14 yaşa qədər istedadlı uşaqlar var. Gəlirlər, 14 yaşdan yuxarı komandalar olmadığı üçün yoxa çıxırlar. Akademiyaların sayı nə qədər çox olsa, Azərbaycan futbolu üçün bir o qədər faydalı olar. Biz tək Qərb bölgəsindən danışmırıq. Bizdə bütün bölgələrdən uşaqlar var. Zaqataladan, Qubadan, Qusardan, Masallıdan, Lənkərandan... Hər bölgədən uşaq götürmüşük. Yəqin ki, bizim kimi Gəncədə də digər bölgələrdən olan uşaqlar cəlb ediləcək. Cənubda, Mingəçevirdə, Zaqatalada, Quba, Qusar bölgələrində akademiyalar açılsaydı, oradan daha çox istedadlı uşaqlar çıxardı".
Mütəxəssis akademiyaların və klubların sayının artacağı halda yaxın 4-5 il ərzində ölkəmizdə kifayət qədər istedadlı futbolçuların olacağını qeyd edib: "Məncə, 4-5 ildən sonra yeni bəhlullar da, mahirlər də çıxacaq. Demək olar ki, o səviyyədə oyunçular gəlirlər. Onlardan da üstün ola bilərlər. Bölgələrdə akademiyaların, klubların sayı çox olsa, keyfiyyətli uşaqlar da daha çox olacaq. Lənkəranda, İmişlidə klublar var idi. Bəhlul özü də İmişlinin uşaq futbol klubundan çıxıb. Əvvəlcə klubların, daha sonra isə akademiyaların sayı artmalıdır. Əvvəl Premyer Liqamızda Zaqataladan, Yevlaxdan klublar var idi, oradan nə qədər uşaqlar çıxırdı".
R.Əliyev futbol akademiyalarında uşaqların düzgün inkişaf etməsi üçün xüsusi nəzarət edilməli olan məqamlara da toxunub: "Biz uşaqların qidalanmasına, yuxu rejiminə fikir veririk. Məktəbə getmələrinə də nəzarət olunur. Çünki təhsilə önəm veririk. Akademiya üçün ingilis dili müəllimləri tutmuşuq. Həftədə 2 dəfə dərs keçirlər. Biz uşaqların təkcə Azərbaycanda karyera qurmalarını yox, gələcəklərini də fikirləşirik ki, xaricə gedəndə dil problemləri olmasın".
R.Əliyev artıq futbolu biznesə çevirməyi, oyunçuları yetişdirib xarici klublara satmağı hədəflədiklərini bildirib: "Bizim məqsədimiz yalnız özümüzü futbolçu ilə təmin etmək deyil. Futbolçu yetişdirib satmağı da hədəfləmişik. Biz də istəyərik ki, akademiyamızın yetirmələri millidə, digər klublarda və ya Avropada oynasınlar. Yaxın bir zamanda bunların hamısının düzələcəyinə inanırıq".

Mütəxəssis Azərbaycan klublarının məşq sisteminin və məşqçilərinin Gürcüstan və Türkiyə klublarından geri qalmadığını vurğulayıb: "Bu yaxınlarda Gürcüstanda akademiyada oldum. Azərbaycan klubları şərait baxımından onlardan geri ola bilərlər. Amma məşq və məşqçi baxımından heç də geri qalmırıq. Düzdür, Gürcüstandan Xviça Kvaratsxeliya və başqa futbolçular çıxıb. Amma onlar demək olar ki, bütün il boyu xarici ölkələrdə turnirlərdə idilər. Məşqçiləri də seminarlara göndərirlər. Turnirlərdə uşaqları görüb böyük klublara dəvət edirlər. İnşallah, bizim klublar da belə turnirlərə çıxarlar və bizim uşaqlar da xarici klublara gedərlər. Mən deyərdim ki, Azərbaycanda məşqçilər savadlıdırlar. Bizdə maariflənmə yaxşı gedir. Gördüyümü deyirəm. Türkiyədə də, Gürcüstanda da oldum. Bizim klublarda işləyən məşqçilər heç də onlardan geri qalmırlar".
R.Əliyev akademiyaların inkişaf etməsi üçün mütəxəssislərin, futbolçuların xarici klubların akademiyalarında təcrübə keçməsinin vacib olduğunu söyləyib: "Xarici klubların akademiyaları ilə əməkdaşlıq edilsə, daha yaxşı olar. Məsələn, bizim uşaqlar gedib “Mançester Yunayted”, “Barselona”nın uşaqları ilə oynasalar, nə qədər artım olar. Təcrübə qazanarlar. Bizim bölgəmizdə 14 yaşa qədər olan yaş qrupları arasında yarışlar keçirilir. Uşaqlarımız ancaq bu bölgənin komandaları ilə oynayırlar. Bizdə başqa təzyiq olmur. İstəyərdim ki, bizim komandalar da təzyiqlə inkişaf etsinlər".
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

“Qarabağ” uduzdu, “Neftçi”dən böyükhesablı qələbə
"Neftçi"nin futbolçusu mükafatlandırılıb
"Hiss olunur ki, çempionatımız güclənib" - Orxan Məmmədov
Alman klubu Ayxan Abbasovdan nə xahiş edib?
"Kəpəz" "Qarabağ"a belə qalib gəldi - Video
"Qarabağ" bizdən qat-qat üstün idi" - Azər Bağırov
"Neftçi" - "İmişli": Heyətlər açıqlandı
"Zirə"nin iki legioneri Ruanda millisinə çağırıldı
Valverde ilə yollar ayrılacaq - Rəsmi
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Mourinyunun köməkçisi dünyasını dəyişdi
"Kəpəz" - "Qarabağ": Heyətlər
Azərbaycan millisinin heyəti açıqlandı
Duran Kolumbiya millisinə çağırılmadı
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
İspanya millisinin DÇ-2026 üçün forması - Şəkillər
"Liverpul"dan ayrıla biləcək 6 futbolçu
Rəşad Sadıqov AFFA-ya söz atdı - Video
2-ci liqada daha 6 oyunun vaxtı məlum oldu
FİFA İsrail Futbol Assosiasiyasını cərimələdi
Avroliqada bütün 1/4 finalçılar müəyyənləşdi
Konfrans Liqasında 1/4 finalçılar bəlli oldu
"Real"ın ən yaxşı futbolçusu seçildi
İqor Tudora qarşı rəsmi ittiham irəli sürüldü
Flik Qavinin milliyə çağrılmasına qəzəbləndi
Azərbaycan millisinin heyəti açıqlandı
"Futbolu unutmaqlarını istəyirəm" - Valdas Dambrauskas
"Sabah"ın qələbəsindən - Video
"Sabah" bizdən daha güclüdür" - Saşa İliç
Mərakeş qələbə qərarından sonra bəyanat yaydı
"Sabah" "Sumqayıt"a, "Zirə" "Karvan-Yevlax"a qalib gəldi
ÇL-də həftənin komandasında kimlər var?
"Neftçi" "İmişli" ilə matça itki ilə çıxacaq
Salah "Liverpul"un ÇL rekordçusu oldu
“Neftçi” İK vahid lider oldu
Rəşad Sadıqov klub rəhbərlərinə irad tutdu - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
Braziliya klubunda yeni baş məşqçi
"Sabah" - "Sumqayıt": Heyətlər
"Qarşıdakı təqvim qorxulu yuxuya bənzəyir" - Rəşad Sadıqov
1-ci liqada 19-cu tura yekun vuruldu