“Qarabağ”ın əməkdaşı Yohan Kroyf institutunun mükafatını alıb

“Qarabağ”ın əməkdaşı Yohan Kroyf institutunun mükafatını alıb
ÖLKƏ FUTBOLU 19 Oktyabr 2025 / 20:06 1697
-  A +

“Qarabağ”ın əməkdaşı – əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev nüfuzlu Yohan Kroyf institutunun diplomunu alıb.

QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, İdman Menecmenti proqramını tamamlayaraq magistr diplomuna sahib çıxıb. 

2024-cü ilin martında başlayan 14 moduldan ibarət onlayn tədris dönəminin yekununda fərqlənənlər Barselona şəhərində yerləşən institutda diplomla təltif olunublar.

Qeyd edək ki, Yohan Kroyf Avropada idman sahəsində 2024-cü ilin ən yaxşı onlayn təhsil verən institutu seçilib.


Qarabağ FK
Son xəbərlər
15.09.26  11:31

PSJ-də itki

15.09.26  09:45

8 həftə oynamayacaq

topaz banner