“Zirə”nin yeni transferi Rafael Utziqin QOL.az saytına müsahibəsi
- “Zirə”yə transferin necə baş tutdu?
- Öncə onu deyim ki, Azərbaycana qayıtdığım üçün xoşbəxtəm. “Zirə”nin gələcək planları barədə mənə məlumat veriləndə eşitdiklərimdən razı qaldım və bu keçidə razılıq verdim.
- Azərbaycan Premyer Liqasında çıxış edən digər klublardan da sizinlə maraqlanan var idi?
- “Qəbələ” ilə ötən mövsüm Azərbaycan kubokunu qazandıqdan sonra təkliflər var idi. Lakin mən karyeramı başqa ölkədə davam etdirmək istəyirdim. Buna görə də Cənubi Koreyaya yollandım. İndi isə “Zirə”dən gələn təklifi qəbul etdim və burada olduğum üçün məmnunam.
- Cənubi Koreyadakı karyeranız çox da uğurlu alınmadı. Buna görə Azərbaycandan getdiyiniz üçün peşman deyilsiniz?
- Cənubi Koreyadakı futbolla Azərbaycandakı futbol fərqlidir. Burada daha çox topla oynamağa üstünlük verilir. Koreyada isə fiziki futbol ön plandadır. Bəli, oradakı çıxışım istədiyim kimi alınmadı. Hər bir futboçu daha çox oynamaq, daha çox şans qazanmaq istəyir. Koreyada az şans qazandığım üçün məmnun deyildim. Buna görə də ayrılmaq qərarına gəldim.
- “Qəbələ”də komanda yoldaşınız olmuş Ruan Renato yaydan “Zirə”də forma geyir. Bura gəlməmişdən öncə onunla məsləhətləşdiniz?
- “Qəbələ”də oynayanda təkcə Ruan deyil, Azərbaycanda çıxış edən bir çox braziliyalılarla münasibətimiz yaranmışdı. Burdan ayrılsam da, əlaqələrimiz davam edirdi. Ruan olmasın, olsun Riçard Almeyda, hansı ki o da “Zirə”də daha əvvəl forma geyib. Onlarla tez-tez əlaqə saxlayırdım. Həmişə həmyerlilərim “Zirə” haqda müsbət fikirlər səsləndiriblər. Bəli, təklifi qəbul etməyimdə onların da rolu olub.
- “Zirə”dəki hədəfləriniz nədir?
- Təbii ki, ilk növbədə hər bir futbolçu üçün komandasının hədəfləri öndə gəlir. Daha sonra fərdi hədəflər. Mövqeyimi nəzərə alsaq, qollar vurub, məhsuldar ötürmələrlə komandamın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.
- “Zirə”nin hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşması təklifi qəbul etməyinizə təsir göstərdi?
- “Zirə”nin təklifi mənim üçün maraqlı idi. Komandanın turnir cədvəlində yüksək pillədə olması keçidimdə elə də rol oynamadı. Onsuz da bilirəm ki, “Zirə”də həmişə keyfiyyətli futbolçular çıxış edib. Bu gün də komandada yaxşı oyunçular var. Bütün bu amilləri nəzərə alaraq bura gəldim.
- Rəşad Sadıqov barədə ilkin təəssüratlarınız necədir?
- Müxtəlif futbolçulardan Rəşad Sadıqovun özü, işi haqda müsbət fikirlər eşitmişəm. Bura gəlməkdə məqsədim ona kömək etməkdir. Sadıqovla birlikdə çalışacağım üçün çox məmnunam.
- Azərbaycan yığma komandasının müdafiəçisi Anton Krivotsyuk da Cənubi Koreyada çıxış edir. Onunla rastlaşmısınız?
- Xeyr, xatırlamıram.
- Keçmiş komandanız “Qəbələ”nin hazırda çempionatın son pilləsində olmasını necə şərh edərdiniz?
- Komandanın bu vəziyyətdə olması məni məyus edir. “Qəbələ” ilə bağlı xoş xatirələrim var. Ötən il kuboka sahib çıxdıq, 2 dəfə avrokuboklara vəsiqə qazandıq. Ordan ayrılsam da, klub prezidenti, idarəçilərlə, oyunçularla bu gün də yaxşı münasibətim var. Amma indiki məqamda yalnız “Zirə”dəki işimə fokuslanmışam.
Çalhanoğlu üzr istədi
"Barselona"nın sabiq kapitanı İtaliya klubundan ayrıldı
Azərbaycan boksçuları Dünya Kubokunda yarımfinala yüksəldi
PFL onları mükafatlandırdı
"İmişli"də 5 ayrılıq - Yenilənib
"Neftçi" legioneri ilə yollarını ayırdı
Kavani ilə müqavilə ləğv edildi
Caner Erkin karyerasını bitirdi
"Atletiko" onun transferini bitirir
Aydının Maqnus Karlsenə qalib gəldiyi o an - Video
"Barselona" peşmandır
İngiltərə Premyer Liqasında yeni mövsüm - İlk turun təqvimi
"Şəfa"da daha bir müqavilə
Azərbaycanlı şahmatçı Maqnus Karlsenə qalib gəldi
"Araz-Naxçıvan" xorvatiyalı futbolçu transfer etdi
Ansu Fati müğənniliyə başladı
Ölkəsində qəhrəman oldu, nəhəng təsviri hazırlandı - Video
Mundialda ilk turun ən yaxşı oyunçuları müəyyənləşdi
"Rəqibin kimliyi əhəmiyyətli deyil" - Dambrauskas
Messinin atasının ölüm xəbərini yaydı - İşdən çıxarıldı
Kukurelyadan "Barselona" azarkeşlərinə cavab
FİFA Tuhelin şikayətindən sonra fotoqrafların yerini dəyişdi
İran qadağalardan narazıdır - FİFA-ya şikayət edir
Əşrəf Hakimi məhkəmə qarşısına çıxacaq - Şok ittiham
“Qarabağ”la oyunlarını ləğv etdilər
Svanadze: “Zirə”ni Kutaisidə dolu tribunalar gözləyir”
Özbəkistan millisinin ulduzundan alicənab addım - Şəkil
“Səbail”in yeni baş məşqçisi açıqlandı
Türkiyənin 2-ci oyunu: harada və nə vaxt?
İspaniya millisinin üzvünü otelə buraxmadılar - Video
Kanada Qətəri belə "bombardman" etdi - Video
Mundialda ağır zədə aldı, xəstəxanaya yerləşdirildi - Video
“Xaos yaradanlardan daha çox türkəm” - Montella
DÇ-2026-da ikinci het-trik qeydə alındı
Matçın ən yaxşı oyunçusu seçildi