"Oyuna kimi sizə vəziyyəti danışım. Necə edək, nə edək? Vəziyyət çox gərgin idi. Nəyə görə? Rəqib kimi bizim ehtiyat oyunçular skamyamız yoxdur. Oktavio, İssa, Ninaq və Kamran oyunu buraxırdı. Necə edəcəkdik? Məcburi Səbuhini vinger kimi oynatdıq. Roy da vinger oynadı. Başımızı sındırdıq”.
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 13-cü turunda “Neftçi”ni səfərdə 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Mütəxəssis matçdan öncə “Neftçi”nin sosial şəbəkə hesablarında paylaşılan videoya da toxunub: “Dünən gecə futbola baxıram, Almaniya Bundesliqasına. Birdən qrupa tanıyanlar video göndərir. "Neftçi" TV video düzəldib. Sübhənallah. Dedim bu nə yaxşıdır. Bu gün gəlsin, komandanı gör necə qızışdırıram. Bizə bonus veriləcək? "Neftçi"nin media departamentinin böyüyü xanımdır? Sumqayıtda məndən oyundan sonra müsahibə alırdılar. İşıqlar söndü. Çıxıb gedə bilərdim. Qabiliyyətimi göstərdim. "Neftçi" TV-nin göstərdiyini bu gün futbolçularımız göstərdi. Bizim bonusdan həmin "Neftçi" medianın xanımına da pay düşür. Rəhbərliklə danışaq, onlara da bonus verək. Sağ olsunlar. "Sumqayıt"ın qələbəsində rolları oldu”.
O, "Neftçi" üzərində qazanılan qələbənin təəccüblü olmadığını qeyd edib: “Analizlər necə aparılır, mənim üçün müəmmalıdır. Son turlarda formada olan bizik. “Neftçi”ni analiz edən adam mən deyiləm. "Neftçi" bu oyuna kimi nələr edib, sualları verərsiz onlara. Bizim itkilərimiz var idi, "Neftçi" ev sahibidir, üstün tutulmalıydı. Ev sahibi avantajı da var idi, heyəti də genişdir. Dərin inciliklərə getsələr, bəlkə bu günləri şansları 50-50 saya bilərdilər. Amma mən də azarkeş kimi "Nefçti"yə üstünlük verərdim. Bu qələbə sürprizdir? Xeyr. Uduzduğumuz matçlarda da dominantlığımız olub. Bu gün qələbəyə layiqindən də çox layiq idik”.
“Matç başa çatandan sonra qələbə sevinci Mutuya cavab idi?” sualını Abasov belə cavablandırıb: “100 faiz. Cavabı verməliydik. Sumqayıtdakı matçda sakit durmuşdum. Mənə elə gəlir ki, "Neftçi"yə gələn baş məşqçilər komandanı "Sumqayıt"la oyuna elə hazırlayırlar ki... Oyunlarımız gərgin keçirdi. Burada mən amili də var. 90-cı illərdə dünya çempionatında məhəllə söhbətlər var idi, İrana demişdilər ki, kimə uduzursan uduz, ABŞ-a uduzma. Məncə, "Neftçi"də də belədir. Kimə uduzursan uduz, "Sumqayıt"a uduzma. Qol vurub, üstümüzə tullanırsansa, belə şeylər sizin də başınıza gələcək”.
O, “Neftçi” azarkeşlərinin "Samirin qədrini bilmədik" fikrinə belə münasibət bildirib: “Bu haqda fikir bildirməyim. Oyunumuza görə də alqışladılar. Bir qrup insan var ki, oyuna da önəm verir. "Neftçi" səhifələri var, bəlkə 100-dən 50-si söyəcək. Tərifləyənlər sağ olsunlar. Mən "Neftçi" üçün əlimdən gələni etmişəm, canımı da qoymuşam, bacardığımı da etmişəm, daha çoxunu da edə bilərdim. "Neftçi"nin, jurnalistlərin fikri belədir. Xoş qismət elədir ki, "Sumqayıt"a qayıtmışam, buradan qalib çıxırıq”.
O, "Neftçi" ilə oyunlara motivasiyasının xüsusi olması fikri ilə razılaşmayıb: “Sizə elə gəlir. Əsla elə deyil. "Qəbələ"ni udmaq istəmirdik? Oyundan-oyuna fərq var. Bu gün topla oynamayan komanda aqressiv görünməyə bilər. Topsuz komanda daha aqressiv görünür. "Neftçi"nin özəlliyi və böyüklüyü budur ki, bütün komandalar aqressiv oynayır. "Neftçi" flaqmanımız, tariximiz, canımızdır. "Xəzər Sumqayıt"ın vaxtında da intriqalar var idi. Onda mən yox idim axı. "Neftçi"yə qarşı hamı belə oynayacaq. Biz də qalib gəlmək istəyirik”.
Ronaldo millinin məşqini buraxdı
“Qalatasaray”ın baş məşqçisinin cəzası bilindi
Finlandiya Belarusla heç-heçə etdi
"Zirə"nin futbolçusu millidə qol vurdu
“Real”ın zədəli futbolçularından xəbər var
"Beşiktaş"ın nə zaman asan təqvimi olub ki..."
“Mançester Siti”dən Premyer Liqa qərarına etiraz
“Qaradağ Lökbatan”ın 4 qollu qələbəsindən - Video
“Türkiyə üzərindəki qələbə bizim üçün dəyərlidir”
Tuxel UEFA Millətlər Liqasının yeni formatını tənqid etdi
2-ci liqada 5-ci tura yekun vuruldu
İtaliya klubunda yeni baş məşqçi
Rafinya zədələndi
Misli Premyer Liqasında daha 6 oyunun vaxtı məlum oldu
Vinisius Juniorla bağlı şok iddia: Qaçırılıb...
Jiru karyerasını başa vurur
Misli Premyer Liqasında oyunların saatı bilindi
"Çelsi"yə "hə" dedi
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri açıqlandı
İlham Əliyev FİFA prezidentini qəbul etdi - Şəkillər
Canni İnfantino Bakıya gəldi
“Ay-ulduzu daşıyan heç kim fitə layiq deyil” - Fatih Terim
Ançelottidən tənqidlərə cavab
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
Azərbaycan millisi mübarizəyə final mərhələsindən başlayacaq
Türkiyədə Hakimlər Komitəsinin sədri saxlanıldı
Məşhur klub 1,37 milyard avroya yeni stadion tikir
Bursada İtaliya şousu - Video
İngiltərə Çexiyaya, İspaniya Xorvatiyaya qarşı
Yamaykadan “Qarabağ”a məyusedici xəbər gəldi
UEFA Mbappenin qardaşını 3 oyunluq cəzalandırdı
Marko Yankoviç İrəvanda - Şəkil
Varkonyinin millidəki debütu baş tutmadı
Puxaç millidə əsas heyətdə oyuna çıxdı
“Qarabağ”ın qapıçısı oynadı, komandası qalib gəldi
Türkiyə İtaliyaya, Belçika Fransaya uduzdu
“Barselona” “Kamp Nou”dan milyonlar qazanmağa hazırlaşır
"Ronaldo ilə danışmalıyam"
Yankoviçin millisi qələbə qazandı
Türkiyə - İtaliya matçının heyətləri açıqlandı
Yığmanın oyunlarını buraxacaq
Şamaxıda vurulan 5 qol - Video
"Liverpul"un yetirməsi "Mançester Yunayted"də
“Barselona”nın zədəli futbolçusundan xəbər var