"Sabah"ın futbolçusu Coy-Lens Mikels gözlənildiyi kimi Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Partizan"la bu gün Bakıda keçiriləcək oyununda iştirak etməyəcək.
Qol.az xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin adı saat 20:00-da başlayacaq matçın iştirak ərizəsində yer almayıb.
Xatırladaq ki, ötən gün komandanın baş məşqçisi Murad Musayev Mikelsin ona "Partizan"la oyunda iştirak etmək istəmədiyini dediyini bildirib. Onun komandanı tərk edəcəyi, Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyi gözlənilir.
Bundan başqa, RFS ilə oyunda zədələnən kapitan Elvin Camalov və "Qəbələ" ilə görüşdə sıradan çıxan Con İrasabal da heyəytdə yer almayıb.
"Mançester Yunayted"in futbolçusu sıradan çıxdı
Turin klubu yeni baş məşqçisini açıqladı
Futbolçuya həm cərimə, həm 6 aylıq qadağa tətbiq olundu
La Liqa matçlarında ən çox ötürmə edən futbolçular kimlərdi?
Dibala vətəninə qayıdır
Gedirlər - Şəkillər
“Neftçi”də 9 nömrə əbədiləşdirildi
"Onun etdiklərini heç vaxt unutmayacağam"
"Barselona" maliyyə pozuntuları ilə bağlı bəyanat yaydı
Cüdoçularımız "Böyük Dəbilqə" turnirində iştirak edəcəklər