Azərbaycan millisinin hücumçusu Musa Qurbanlı yeni mövsümdən legioner həyatı yaşamağa hazırlaşır.
“Qarabağ”dan ayrılan 21 yaşlı hücumçu karyerasını İsveçin “Yurqorden” klubunda davam etdirəcək. Artıq tərəflər 3 illik müqaviləyə imza atıblar. M.Qurbanlı İnstaqram hesabında yeni paylaşım edərək “bu böyük kluba transferi üçün inanılmaz dərəcədə xoşbəxt olduğunu” yazıb. O, həmçinin bildirib: “Rəqiblərimizlə görüşü və möhtəşəm atmosferi hiss etməyi səbirsizliklə gözləyirəm”.
Həmçinin oxuyun: "Yurqorden"də qollar vurmağı səbirsizliklə gözləyirəm" - Musa Qurbanlı
Bundan başqa M.Qurbanlı transferində əməyi olan şəxslərlə şəkillərini də paylaşıb. Söhbət “Qarabağ” skaut sisteminə cavabdeh olan Musa Qurbanov və futbol meneceri Tural Əsgərovdan gedir. Bir məqam da məlum olub ki, hər iki şəxs İsveçə səfər zamanı M.Qurbanlını müşayiət və yekun danışıqlarda iştirak edib.
Qeyd edək ki, Musa Qurbanov M.Qurbanlının əmisidir. O, bir müddət əvvəl Qol.az-a verdiyi müsahibədə M.Qurbanlının legioner həyatı yaşamasının mümkünlüyü haqda danışarkən demişdi ki, bu haqda onun atası Qurban Qurbanovla danışırlar və təklif olanda ən yaxşı variantı seçməyə çalışırlar.
M.Qurbanov demişdi: “Onun inkişafına xeyir verə biləcək təklif olsa, gedə bilər. Burada məqsəd ancaq Musanın daha yaxşı inkişaf etməsidir. Uyğun çempionatdan və klubdan təklif olarsa, inanıram ki, gedər. Atası ilə bu barədə danışırıq. Gələn təklif bayaq dediyim amillərə görə dəyərləndiriləcək. Hansısa yaxşı klubdan təklif gəldi, ona görə buraxaq getsin, xeyr, belə bir şey yoxdur. Onun gələcək karyerasına yaxşı mənada təsir edəcək təklif olarsa, yalnız o halda dəyərləndiriləcək. Musa həmişə öz üzərində çalışır ki, ustalığını artırsın. Atasının nəzarətindədir. Qurban da futbolla böyüyən insan olub. Mən də bacardığım qədər kömək edirəm. Söhbətlər aparırıq. İnanıram ki, Musa daha da inkişaf edəcək. Özünün də, bizim də məqsədimiz odur ki, daha yaxşı çıxış etsin".
Beləliklə, yekunda “Yurqorden” üzərində dayanılıb. Musanın daha da inkişaf etməsi, legioner kimi güclənməsi üçün Qurbanovlar indiki məqamda məhz bu klubu və İsveç çempionatını uyğun görüblər…
Bir növ uğurlu ola biləcək tramplin ölkə kimi.
ELNUR
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola
Baş məşqçidən sonra o da klubdan getdi
“Liverpul” İstanbul səfərinə itki ilə yollanır
"Qalatasaray" - "Ştutqart" matçının heyətləri açıqlandı
“Bavariya” ilə matçı buraxacaqlar
“Arsenal”dan ayrıla bilər
Asiya Kubokunun da keçirilmə vaxtı dəyişdirildi
Azərbaycan millisinin rəqibləri bilindi