“Mən məşqçilər, komanda ilə görüşdüm, həmçinin "Tele2 Arena"da oldum. Keçən bazar günü matça baxdım. Əvvəllər "Yurqorden" haqqında az bilirdim, amma bura gələndən sonra müsbət təəssüratlarım daha da gücləndi”.
Qol.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin üzvü Musa Qurbanlı yeni klubu "Yurqorden"ə keçidi haqqında danışarkən deyib. M.Qurbanlı İsveç təmsilçisinin saytına açıqlamasında klubun idman direktoru Bosse Andersson ilə söhbəti barədə də fikirlərini bölüşüb: “O, əla insandır və onun futbola necə inanılmaz həvəsli olduğunu görə bilərsiniz. O, futbol oynadığı vaxtlarda hücumçu mövqeyində çıxış edib. Ona görə də mən Bosse Andersonda özümün bir hissəmi tapıram və bizim çox yaxşı əlaqəmiz var”.
Qurbanlı "Yurqorden"ə keçməzdən əvvəl başqa klublardan da təkliflər aldığını deyib: “Sirr deyil ki, bir çox başqa klubdan da maraq var idi. Amma "Yurqorden"i seçməyimin səbəbi odur ki, mənə dərhal ciddi münasibət və böyük maraq hiss etdim. Məşqçilər, Bosse və görüşdüyüm klubun bütün nümayəndələri açıq və dürüst idilər ki, məni burada - "Yurqorden"də görmək istəyirlər. Digər klubların heç biri "Yurqorden" kimi inamlı əzmkarlıq göstərmədi. Sonda bu, mənim üçün vacib amilə çevrildi”.
Hücumçu oyun tərzindən danışaraq bunları qeyd edib: “Mən tipik "9 nömrə"yəm, hər zaman qol vurmaq üçün fürsət axtaran hücumçuyam. Qol vurmaq mənim həvəsimdir. Uşaq vaxtı mümkün qədər çox qol vurmaq istəyirdim. Ona görə də həmişə irəlidə düşünməyə çalışıram və variantları axtararaq cərimə meydançasına qaçıram. Eşitdim ki, "Yurqorden" mənim tipli oyunçu axtarır. Zehni aspekt mənim güclü tərəflərimdən biridir, ona görə də bu rolu üzərimə götürməyə hazıram və "Yurqorden" üçün qollar vurmağa başlamağı səbirsizliklə gözləyirəm".
Qurbanlı fikirlərinə belə davam edib: “Aydındır ki, mənə təzyiqlər var. Ancaq bu, məni qətiyyən narahat etmir. Təzyiq futbolun bir hissəsidir və onsuz inkişaf etmək olmaz. Mənim işim qol vurmaqdır və komandaya töhfə vermək üçün hər zaman çox çalışıram. Yeni titullar qazanmaq üçün əlimdən gələni edəcəyəm”.
O, Konfrans Liqasının təsnifat mərhələsində çıxış edəcək komandanın Avropada startına da toxunub: “Ötən il "Yurqorden" haqqında eşitmişdim, çünki “Qarabağ”la eyni vaxtda Konfrans Liqasının pley-off mərhələsində oynayırdı. Bir-birimizlə qarşılaşa bilərdik, amma bu baş vermədi. "Yurqorden"in mənimlə maraqlandığını eşidəndə bir az araşdırma apardım və gördüm ki, komanda ötən il yaxşı çıxış edib”.
Musa yeni komanda yoldaşlarını da öyrəndiyini deyib: “Matçlardan bəzi videoicmallara və maraqlı məqamlara baxdım. Ötən bazar günü "Tele2 Arena"da keçirilən qarşılaşmanı də canlı izlədim. Buna görə də mən artıq çox oyunçunu uzaqdan tanıyıram. Onlarla yaxından tanış olmağı və komanda ilə məşqlərə başlamağı səbirsizliklə gözləyirəm”.
“Hələlik mən Bakıya qayıdıram, bəzi işlərimi həll etməliyəm. Amma komanda ilə məşqlərə başlamaq üçün tez bir zamanda Stokholma qayıtmaq niyyətindəyəm. "Yurqorden"in çox yaxşı məşq kompleksi var, ona görə də bundan sonra ən yaxşı formama çatmağa çalışacağam. Əminəm ki, "Yurqorden"də bunun üçün münasib şəraitim var” - deyə Qurbanlı sonda qeyd edib.
Qeyd edək ki, "Yurqorden" "Qarabağ"dan transfer etdiyi Musa ilə ötən gün 3 illik müqavilə imzalayıb.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər